
“F-35“lər Çin sərhədinə toplanır
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
TikTok trendinə qatılan 12 yaşlı uşaq dünyasını dəyişib
Hərbi maşınlara lazer silahları quraşdırılacaq
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
İngiltərə, Fransa və Almaniyadan İrana xəbərdarlıq
Müharibə hazırlığı planı haqqında nə məlumdur?
Göz qapağının sallanması, çəpgözlük, udma çətinliyi, nitqin pozulması, keyimə və ən qorxulusu iflic
Cümə axşamı keçirilən Britaniya parlamentinin aşağı palatasına seçkilərin nəticələri ölkədəki siyasi vəziyyətin qeyri-müəyyənləşməsinə səbəb olub. Ana müxalifət olan leyboristlərin ölkə üzrə uğurlu nəticələri konservativlərin İcmalar Palatasındakı mütləq əksəriyyətinin itirmələrinə gətirib çıxartdı. Bildirilir ki, leyboristlərin bu uğurunun əsas səbəbkarları seçkidə fəal iştirak etmiş gənclər olub.
Xatırladaq ki, 650 nəfərlik İcmalar Palatasında mütləq üstünlüyə sahib olmaq üçün 326 yer qazanmaq tələb olunur. Nəticələr elan edildikdən sonra konservativlərin təkbaşına hökumət formalaşdırmaları mümkün olmayacağı aydın oldu. Seçkilərin son nəticələrinə görə, konservativlər bu seçkilərdə cəmi 318 yer qazana biliblər.
Səhər saatlarında məlum oldu ki, konservativlər Demokratik Yunionist Partiyası ilə razılıq əldə ediblər. Konservativlərin seçkilərdə 10 yer qazanmış yunionistlərlərlə koalisiyası parlamentdə mütləq üstünlüyə sahib olacaq və yeni hökumət formalaşdıra biləcək.
Buna baxmayaraq, leyborist və digər partiyaların liderləri, hətta bəzi konservativlər baş nazir Tereza Meyi istefa verməyə çağırıblar. Leyboristlərin lideri Ceremi Korbin isə öz növbəsində ölkəyə «xidmət etməyə» hazır olduğunu bildirib.
Baş nazir Tereza Meyin parlament üstünlüyünü möhkəmləndirmək cəhdinin uğursuzluğa düçar olması onun yeni hökuməti idarə etmək qabiliyyəti ilə bağlı şübhələrin yaranmasına səbəb olub. Mey istefa verəcəyi halda leyboristlər üçün yeni hökumət formalaşdırmalarına yol açılacaq.