
Lukaşenkodan Trampa jest
Belarusda 52 məhkum əfv edildi
Belarusda 52 məhkum əfv edildi
Məhkum ittihamları rədd etdi
Kirkin qatilinin yüksək keyfiyyətli görüntüsü əldə edilib
Yutada öldürülən konservativ aktivist Çarli Kirk haqqında bilinməyənlər
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
Dostu Çarli Kirkin qətlə yetirilməsindən əsəbiləşən Tramp intiqam vəd etdi
Qatı Tramp tərəfdarı Çarli Kirk silahlı hücuma məruz qaldı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
ABŞ-da əksəriyyət Trampın iqtisadi idarəçiliyindən narazıdır
Yazar: “Ona “dəli” demək istəmirəm, çünki onun həqiqətən dəli olduğunu düşünmürəm”
ABŞ Maliyyə Naziri Skott Bessent tarifələrin ləğvi ilə bağlı xəbərdarlıq edib
İngiltərəni və ABŞ-ı qarışdıran “Epşteynin doğum günü dəftəri”
Trampın Epşteynə yazdığı iddia edilən məktub açıqlandı
Donald Trampın jurnalist Cin Karola təcavüzlə bağlı məhkəmə qərarı təsdiqləndi
Girov razılaşmasını qəbul etməsi üçün ...
Tramp Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu deyib
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş bu gün baş tutub. Bu, dövlət başçıları arasında ilk şəxsi görüşdür. Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş baş tutub. Danışıqlarda ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak ediblər. Görüşün təfərrüatları barədə hələ məlumat verilmir. Tramp və Putin Almaniyanın Hamburq şəhərində Böyük 20-lərin sammiti çərçivəsində bir araya gəlib.
Liderlər bağlı qapılar arxasında keçirilən görüşdən əvvəl əl verib, müxbirlərin sullarına məhəl qoymayıb.
ABŞ prezidenti Almaniya səfəri Avropada ilk və mühüm çıxış nitqi ilə də yadda qalıb.
Bundan əvvəl isə Donald Trump polşalı həmkarı Andrzej Duda ilə görüşüb.
Polşa prezidenti bildirib ki, görüşdə Şərqi Avropa və ümumilikdə regionda təhlükəsizlik məsələləri, həmçinin bu il Belarusda keçiriləcək «Zapad-2017» hərbi təlimləri müzakirə olunub.
Duda bildirib ki, Donald Trump Polşanın təhlükəsizliyi haqda çox ciddi düşünür.
O, ABŞ-ın Polşanın loyal müttəfiqi olduğunu vurğulayıb.
Artıq Polşaya ABŞ-dan ilk sıxılmış qaz tankeri gəlib.
Bundan başqa tərəflər iyulun 6-da Varşavada ABŞ istehsalı olan «Patriot» raket sistemləri alınması ilə bağlı memorandum imzalayıb.
Donald Tramp deyib ki, Qərbin maraqları hücumlar altındadır. O, insanların bununla mübarizə aparmaq niyyətini sual edib.
Polşanın paytaxtı Varşavada danışan ABŞ dövət başçısı deyib ki, hazırda Qərb qarşısında velə bir sual dayanır: xilas olmaq istəyirsinizmi?
«Bizim dəyərlərimizi nəyin bahasına olursa, olsun müdafiə istəyimiz varmı? Sərhədlərimizi qorumaqla vətəndaşlarımıza ehtiram nümayiş etdirmək istəyirikmi?» - prezident sözünə davam edib.
Tramp deyib ki, biz xalqımızı sevən, bizim dəyərlərimizi bölüşən insanlara həmişə qapımızı açıq saxlayacağıq. Amma terrorizm bu qapıdan keçməyəcək.
ABŞ prezidentinin çıxışı 5 min nəfərlik auditoriyayanın sürəkli alqışları ilə qarşılanıb.
Tramp deyib ki, o, müsəlman ölkələri terrorizm təhlükəsini aradan qaldırmağa çağırıb.
Amerikalı seçicilərin çoxu prezident Donald Trampın altı müsəlman ölkəsindən vətəndaşların ABŞ-a səfərlərinə qoyduğu qadağanı dəstəkləyir. Bunu POLITICO və Morning Consult şirkərinin keçirdiyi yeni sorğu göstərir.
Qadağaya əsasən, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən 90 gün ərzində yeni vizaların verilməsi və 120 gün müddətinə qaçqınların yerləşdirilməsi proqramı dayandırılır.
Tramp Polşanın Rusiya qazından asılığına son qoyacağını və o ölkənin ABŞ-dan qazla təminatının artırılacağına vəd verib.
Şimali Koreyaya gəldikdə isə prezident Pxenyana qarşı ölçülər götürüləcəyi ilə hədələyib.