Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
12:28 | 9 sentyabr 2017 | Şənbə
Məqaləyə 2663 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Sentyabr ayında Türkiyə prezidenti Qazaxıstan və Azərbaycanı ziyarət edəcək. Sentyabrın 8-dən 1-nə qədər Qazaxıstanda olacaq Ərdoğan daha sonra Bakıya səfər edəcək.
Avropa Birliyi ilə son vaxtlar kəskinləşən münasibətlər fonunda Türkiyə prezidentinin üzün şərqə çevirməsi gözlənilən addımdır. Türkiyə prezidenti Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya sammitinə qatılacaq.
Sentyabrın əvvəllərində Ərdoğan və Nazarbayev arasında görüşün detalları ilə bağlı telefon danışığı baş tutmuşdu. Sammitdə 80 ölkədən nümayəndə heyətinin qatılması gözlənilir. Tədbir «EKSPO-2017» beynəlxalq sərgisinin bağlanışı ilə əlaqədar keçiriləcək. Sammitin ideyası Qazaxıstan prezidenti Nursultan Nazarabayevə məxsusdur.
Türkiyə ilə Qazaxıstan aktiv əməkdaşlıq edən ölkələrdir. Belə ki, 2015-ci ildə Rusiya təyyarəsinin vurulması ilə bağlı başlanan siyasi gərginlik zamanı məhz Qazaxıstan Ankara ilə Moskva arasında vasitəçi rolunu oynayırdı.
Yeri gəlmişəkən, Nazarbayev dövlət çevrilişinə cəhddən sonra Türkiyəni ziyarət edən ilk xarici dövlət başçısı idi. Ərdoğan Astana səfəri başa çatan kimi bu dəfə Azərbaycana səfər edəcək və Bakıda prezident İlham Əliyevlə görüşəcək.
Türkiyə prezidentinin səfər qrafikindəki sıxlıq heç də təsadüfi deyil. Ankara Avropa Birliyinin dövlət çevrilişinə cəhd zamanı tutduğu gözləmə mövqeyi və apreldə gerçəkləşən konstitusiya dəyişikliyinə sərt reaksiya verməsini qəbul etmir. Ərdoğan Bakı və Astanaya səfər edərək Türkiyənin regiondakı dost ölkələri ilə münasibətləri inkişaf etdirir.
Məhz buna görə son vaxt o, Türkiyənin Avropa Birliyinə üzvlükdə maraqlı olmadığını və öz yolu ilə gedəcəyini vurğulamışdı. Avrasiya Birliyi ilə gömrük sahəsində aparılan danışıqlar da yeni bloklar və təşkilatlarla danışıqların sürətləndiyini göstərir.
Regionda baş verən proseslər Ankaranın Brüssel və Berlindən əlini üzərək Azərbaycan və Qazaxıstana yön aldığını və uzunmüddətli strateji əməkdaşlıq planını nəzərdə tutduğunu göstərir.