NATO zirvəsi əndişəsi
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
15:36 | 12 sentyabr 2017 | Çərşənbə axşamı
Məqaləyə 3038 dəfə baxılıb
Şriftin ölçüsü
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Alyans boğaza müdaxiləni nəzərdən keçirir
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Ursa Major”un kimin batırdığı məlum deyil
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Rusiya və Türkiyə «S-400» zenit-raket sisteminin tədarükü haqqında saziş imzalayıblar. Virtualaz.org RİA Novostiyə istinadən bildirir ki, bu barədə Rusiyanın hərbi-texniki əməkdaşlıq məsələləri üzrə Federal Xidmətinin mətbuat mərkəzi xəbər yayıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə Rusiya tərəfinə beh də verildiyini bildirmişdi: «Mən və Putin bu mövzuda qərarlıyıq».
RF prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də tərəflər arasında saziş imzalandığını təsdiqləyib: «Hazırda razılaşma icraya hazırlanır».
Xatırladaq ki, bir çox hərbi ekspertlər S-400 zenit qurğusunu Putinin ən ölümcül silahlarından biri kimi xarakterizə edirlər. Raketin mərmi sistemi havadan gələ biləcək bütün təhlükələri yox etmək üçün hazırlanıb. «S-400 Triumf» zenit-raketi elə hazırlanıb ki, nəinki mövcud texnologiya, hətta gələcəkdə inkişaf etdiriləcək texnologiyalar ilə hazırlanacaq qurğuları zərərsizləşdirmək qabiliyyətinə malikdir.
2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan və Rusiyanın Almaz Ante Dizayn Bürosu tərəfindən inkişaf etdirilən «S-400» Triumf raketi özünəməxsus xüsusiyyətlərə malikdir. S-400 Triumfdan zərbə açıldığı an raket 8 dəqiqə (480 saniyə) hədəfinə çata bilir. 30 min metr hündürlükdə işləyə və beş dəqiqədə yerləşdirilə bilən «S-400» raketi 400 kilometrlikdəki hədəfi tam zərərsizləşdirmək qabiliyyətinə malikdir. Raketdən atılan mərmilər 1800-1900 kiloqram ağırlığındadır və ölümcül təsiri var.