Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:29 | 13 sentyabr 2017 | Çərşənbə
Məqaləyə 2263 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
«Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün saat 6-da Ukrayna şəhərlərinin birində insanları meydanlara toplayacaq. Mitinq olacaq».
Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov Mixaei Saakaşvilinin Ukraynaya daxil olmasını şərh edərkən deyib.
Azər Süleymanov bildirib ki, dünən Saakaşvili ilə telefon əlaqəsi yaradıb.
«Axırıncı dəfə sentyabrın 9-da Saakaşvili ilə görüşmüşük. Dünən isə telefon vasitəsilə söhbət etmişik. Məsələləri müzakirə etdik. Ən maraqlısı odur ki, artıq Ukrayna dövləti Saakaşviliyə cinayət işi aça bilmir. Onu Gürcüstana ekstradisiya da edə bilmirlər. Çünki Gürcüstan hökuməti Saakaşviliyə elə gülməli formada cinayət işi açıb ki, hələ tam məhkəmə qərarı belə verilməyib.
Halbuki, Gürcüstanın hazırkı rəhbərliyi büdcədə olan milyonları vəsaiti dağıtmaqla məşğuldur, rüşvətxorluq baş alıb gedir. Əgər bu işlərə cinayət işi açılmayıbsa, Gürcüstanın indiki rəhbərliyini 15 ildən 50 ilə qədər cinayət işi gözləyir. Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalıların tərəfini yox, ciblərinin tərəfini tutdular. Bu da böyük narazılıqlar yaratdı».
Azərbaycanlı deputat deyir ki, Saakaşvilin Ukraynanın Çernovets şəhərində təşkil edəcəyi mitinqdə bu məsələlər tələb ediləcək.
«Bugünkü mitinqdə Saakaşvili növbədənkənar parlament seçkilərinin keçirilməsini və Poroşenkonun istefasını tələb edəcək. Bu gün Ukrayna pis vəziyyətdədir. Gündən-günə Ukraynada Saakaşvilinin tərəfdarlarının sayı artmaqdadır. Müxalif qüvvələr onun ətrafında toplaşıblar. Ukrayna kimi varlı dövlətin insanları aclıq və səfalət içindədir. Saakaşvili ukraynalıları ağ günə çıxaracaq».
Saakaşvilinin ailəsinə gəlincə, Azər Süleymanov heç bir təhlükənin olmadığını dilə gətirib.
«Saakaşvilinin həyat yoldaşı Sandra xanım və uşaqları Gürcüstandadır. Bu gün Sandra xanımla görüşüb söhbət etdik. Ailəsinə qarşı heç bir problem yoxdur. Təhlükəsiz şəraitdə yaşayırlar».
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna polisi Mixail Saakaşviliyə ölkə sərhədlərini qanunsuz keçməyə görə cinayət işi açıldığını deyib.
Bundan əvvəl isə Pyotr Poroşenkonun qərarı ilə Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılmışdı.