Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:37 | 27 sentyabr 2017 | Çərşənbə
Məqaləyə 2333 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna ordusunun silah-sursat anbarlarında daha bir partlayış baş verib. Virtualaz.org xəbər verir ki, Vinnitsa vilayətinin Kalinovka şəhəri ətrafında yerləşən nəhəng sursat anbarında bu gecə baş vermiş yanğın və bunun nəticəsində müxtəlif tipli mərmilərin detonasiyası hələ davam edir.
Müdafiə Nazirliyinin bu hərbi hissəsində 188 min ton (10 min şərti vaqon) sursat, o cümlədən «Smerç», «Uraqan» və «Qrad» raketləri saxlanılırdı.
Partlayış nəticəsində hadisə yerindən 50 kilometr radiusda hava məkanı bağlanıb, yaxınlıqda yaşayan 30 minə qədər insan evakuasiya edilib. 14 dəmiryol qatarının hərəkət marşrutu dəyişdirilib. Xəsarət alanlar var.
Baş nazir Vladimir Qroysman bildirib ki, hazırda yanğının səbəbləri ilə bağlı müxtəlif versiyalar araşdırılır, lakin belə görünür ki, söhbət xarici amillərdən gedir. «Bunu səlahiyyətli orqanlar şərh edəcək. Hazırda ən başlıcası insanların təhlükəsizliyinin qeydinə qalmaq və hadisənin nəticələrini sürətlə aradan qaldırmaqdır»-baş nazir deyib. Qroysmanın sözlərinə görə, partlayışla bağlı bütün xidmətlər səfərbər olunub.
Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə özünün «Facebook» səhifəsindən bəyan edib ki, Kalinovka ətrafındakı sursat anbarı partladılıb və bu, Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Petro Poroşenkonun ad gününə «ikiüzlü hədiyyəsi»dir. «Putin bununla amerikalılara demək istəyir ki, Ukraynaya silah verməyə dəyməz, bu silahlar onun təhlükəsizliyini təmin etməyəcək. Məsələ bundadır ki, biz niyə ona Ukrayna üçün belə hədiyyələr hazırlamağa imkan veririk», - Saakaşvili bildirib.
Ukrayna silahlı qüvvələrinin Baş qərargahı da sursat anbarında baş vermiş partlayışın diversiya ola biləcəyini bəyan edib. Baş qərargah rəsmisi Boqdan Senik bildirib ki, bu versiya araşdırılır. Onun sözlərinə görə, sursat anbarı qapalı obyektdir və kənar şəxsin ora «elə-belə daxil olması» mümkün deyil.
Bu, Ukrayna ordusunun sursat anbarında son bir ildə törədilmiş üçüncü partlayışdır. May ayında Xarkov vilayətində Ukrayna ordusunun nəhəng sursat anbarı partladılıb və nəticədə silahlı qüvvələr sursat ehtiyatının az qala yarısından məhrum olub. Cəmi iki gün əvvəl Mariupol ətrafında sursat anbarı partlayıb. Və nəhayət Vinnitsa ətrafında törədilmiş bu partlayış Ukrayna ordusunun döyüş qabiliyyətinə sarsıdıcı zərbə vurmuş olacaq.
Xatırladaq ki, bu ilin avqustunda Azərbaycan ordusunun Xızıda yerləşən nəhəng sursat anbarında da yanğın və partlayışlar olub. Nəticədə müxtəlif tipli on minlərlə mərmi partlayıb, yaxud partlamadan ətrafa səpələnib. Bu hadisənin səbəbləri hələ açıqlanmayıb.