Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
11:25 | 30 sentyabr 2017 | Şənbə
Məqaləyə 2610 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
Donald Trampın bir çox keyfiyyətlərə görə ABŞ tarixinə düşəcək prezidentlərdən biri olacaq. Özü də maraqlıdır ki, siyasi təhlilçilər onu zəifliyinə görə də seçilən Amerika prezidentləri sırasında görürlər. Trampı zəiflədilmiş prezident saymaq olarmı?
Siyasi şərhçi Yeganə Hacıyeva bildirdi ki, ABŞ ın 45-ci prezidenti Donald Trampın prezidentliyinin ilk günləri qələbəsində kənar ölkənin təsirlərin rolu olduğu, seçki kampaniyası zamanı yaxın ətrafının bu kənar təsirlə sıx əlaqədə olduğu, özünün isə bu ölkədə biznes öhdəliyinin olması iddialar ilə başlayıb: «İnaqurasiyasından bir neçə gün sonra komandasının təhlükəsizlik üzrə cavabdeh şəxsin Rusiya ilə əlaqələrinin üzə çıxması, ardınca komandasının bir neçə üzvünün eyni iddialarla üz üzə qalması və istefa verməsi onun bir prezident kimi ABŞ siyasi istablişmentdə və cəmiyyətdə mövqelərini zəiflətdi. Vəziyyəti Trampın özünün də ard-arda atdığı məqsədi və təşəbbüsü çoxlu suallar doğuran addımları, qərarların qəbulunda özünün və xüsusi ilə adminstrasiyasının səriştəsizliyi gərginləşdirdi. Nəticədə Donald Tramp Ağ Ev tarixində 6 ay ərzində üzvlərinin ən çox istefa verdiyi bir adminstrasiya kimi yaddaşlarda qalacaq».
Siyasi ekspertin fikrincə, ABŞ-ı sanki Tramp idarə eləmir: «Donald Trampın inaqurasiyasından sonra keçən bir neçə ay ərzində Ağ Evin yeni administrasiyasının qanunların və qəbulların prosedurlarında, adminstrasiya daxili və xarici münasibətlərdə hərc-mərclik, sərgilədikləri qeyri-peşəkar və səriştəsiz fəaliyyət nüfuzlu Respublikaçılar Partiyası üzvlərini vəziyyəti nəzarətə götürməyə vadar etdi. Siyasətdə yeni və təcrübəsiz prezident və komandasının addımlarında korrektələr edilməyə də vadar oldular. İndi hər gün daha çox aydın olur ki, ABŞ-ın 45-ci prezidenti Respublikaçılar Partiyasıdır. Trump prezidentliyə Amerikanın ənənəvi siyasi istablişmentindən deyil, iqtisadi və şou dairələrindən gəlmiş biridir. Onun seçki platforması, seçki təbliğatı və inauqurasiyası zamanı tərzindən və sərgilədiyi mövqeyindən aydın idi ki, ABŞ-ı əvvəlkilərdən çox fərqli bir prezident idarə edəcək. Tramp seçki zamanı Amerikaya onu daha da böyük edəcək, kardinal dəyişikliklər gətirəcək bir prezidentlik söz vermişdi».