
ŞƏT-in dalınca düşməkdənsə...
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
1 tondan çox xam neft dənizə axdı
İki həftədir rus alpinistə əlaqə yoxdur
Təyyarəmizi vurmaq əmrini rus ordusunun zabiti Dmitri Paladiçuk verib
Moskvadan Astanaya nüvə enerjisinə dəstəyi
Ölkəmiz Transxəzər fiber-optik kabel xətti ilə texnoloji potensialını böyüdür
Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...
Keçmiş prezident 11 il müddətinə yenidən azadlıqdan məhrum edilib
Rusiya sayqanlar tərəfindən istila olunub, fermerlər Putindən kömək istəyirlər
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Xəzərin dibi ilə çəkiləcək internet kabeli layihəsinə start verilir
Qəfil peyda olub, öz-özünə yox olan bəlası
2 uşaq ölüb
Qonşularının müstəqilliyinə məhəl qoymayan Rusiya ondan icazəsiz atılan hər addım “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir
Ərazidəki insanlar sərxoş olub yatırlar
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsinin dövlət mükafatlarını təqdim etmə mərasimində Qazaxıstan hakimiyyətinin və şəxsən prezident Nursultan Nazarbayevin ünvanına çox ağır ifadələr işlədib.
Virtualaz.org xəbər verir ki, Qırğızıstanın demokrat prezidentini qəzəbləndirən Qazaxıstanın onun ölkəsindəki seçkilərə müdaxilə etmək və keçmiş prezident Kurmanbek Bakiyevin klanına dəstək vermək cəhdləri olub.
Atambayev Qazaxıstan oliqarxlarının Bakiyev klanını hakimiyyətə gətirmək cəhdləri haqda danışaraq deyib: «Mən istənilən halda təmiz seçkilər keçirəcəyəm. Hər xalq öz hakimiyyətinə layiqdir. Mən başa düşürəm, qazax hakimiyyəti nəyə görə onları bizə sırımaq istəyir. Onlar Bakiyevi sevirlər. Bakiyevi hələ də Qazaxıstanda öz bayramlarına çağırırlar. Mən hətta Qazaxıstanın ən yüksək rütbəli şəxslərindən dəfələrlə eşitmişəm ki, Bakiyevlər düz eləyib insanları güllələyiblər. Familiyaları deməyəcəm.
Bakiyevləri ona görə dəstəkləyirlər ki, biz qazax xalqına pis nümunə oluruq. Nursultan Abışeviç düz deyir ki, hətta Almatının ÜDM-i Qırğızıstanın ÜDM-indən beş dəfə çoxdur. Qazaxıstanın ÜDM-i Qırğızıstanın ÜDM-indən 20 dəfə çoxdur.
Və Qazaxıstan vətəndaşına düşən orta illik gəlir Qırğızıstandan 10 dəfə çoxdur. Onda nəyə görə Qazaxıstanda pensiyalar Qırğızıstandan 10 dəfə yox, cəmi 1.5 dəfə çoxdur? Ona görə ki, Qazaxıstanın sərvətlərini oğurlayırlar. Bu gəlirlər Qazaxıstan xalqına gedib çatmır. Və biz onlara pis nümunə oluruq. Atambayev onlara pis nümunədir. Çünki ədalətli hakimiyyət nümunəsi ortaya qoyur. Bizim qonşu vilayətdə, Talasda heç də Qazaxıstandan pis yaşamırlar. Əgər biz adambaşına 10 dəfə çox gəlir əldə etsəydik pensiyalar da 10 dəfə çox olardı. Çünki mənim hakimiyyətidə Utemuratov kimi oliqarxlar (Bulat Utemuratov) olmayacaqdı, hansı ki, bizim babanovlar, sariyevlər və digərləri gedib qarşısında diz çökür».
Almazbek Atambayev Qazaxıstan prezidentini şiddətli tənqidə məruz qoymaqda davam edərək daha sonra bildirib: «Mən Nazarbayevin Babanovla (Omurbek Babanov, Qırğızıstanın keçmiş baş naziri, prezidentliyə namizəd) görüşündə dediyi bu sözləri dəstəkləyirəm ki, yaxşı olardı Qırğızıstanda gənc prezident olsun. Lakin bizdə prezidentliyə ən yaşlı namizəd bu gün Nazarbayevdən 20 il gəncdir. Mən isə 16 il ondan gəncəm. Onda gənc prezident kimə lazımdır, bizə, yoxsa Qazaxıstana? Qazaxlar bizim qardaşlarımızdır. Bizim qanımız eynidir. Tarixi də yaxşı bilirik. Qazaxlar, biz 500 il bundan qabaq özlərinə Çingiziləri (Çingizxanın sülaləsi) özlərinə sultan seçdik. Amma hərdən elə təəsürat yaranır ki, Qazaxıstanı qazaxlar yox, çingizilər idarə edir. Bizi öyrətmək lazım deyil, biz öz yolumuzu tapmışıq və bu yolla gedəcəyik».