
Polşa Rusiya ilə sərhədə mina “əkir”
“Şərq qalxanı” müdafiə xəttindəki yeni dəhliz “güc nümayişi”dir
“Şərq qalxanı” müdafiə xəttindəki yeni dəhliz “güc nümayişi”dir
Kremlin fövqəlgüc hesab etdiyi raketlər 6 nüvə başlığı daşıya bilir
Belarus prezidenti özünə xələf hazırlayıb?
Polşalı hüquq müdafiəçiləri qərara etiraz edib
Lukaşenko Zelenskini təhqir edib
Açıq bazar müqabilində demokratikləşmə vədi
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
... Yeni təsir axtarışı?
Ukrayna Belarusu hədələdi
Lukaşenkodan NATO-ya xəbərdarlıq: “Əsgər göndərsələr, ... başlayacaq”
“Müharibə çox gec olmadan bitməlidir”
Belarus Ukrayna ilə sərhədə ordu yığıb
“Sərhədlərimizə daxil olmasa, nüvə silahından istifadə etməyəcəyik”
Ölüm cəzasına məhkum edilən Almaniya vətəndaşı təxribat cəhdinə görə mühakimə olunurdu
Belarusda ölümə məhkum edilən almaniyalı Qırmızı Xaç həkimi göz yaşları ilə yalvardı
Lukaşenko: “Əgər sülh istəyirsənsə, ...”
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Belarusda apardığı danışıqlar bu ölkə hərbi ekspertlərinin də diqqətindədir.
Xəbər verildiyi kimi Belarus prezidenti Aleksandr Lukaşenko Zakir Həsənovla görüşü zamanı ölkəsinin Azərbaycanla əməkdaşlığın xarakterinə görə heç kimə izahat vermək niyyətində olmadığını bildirib. «Biz suveren, müstəqil dövlətlərik haqqımız var», - Lukaşenko deyib.
«Əgər biz Azərbaycan üçün nəsə edə biləriksə, xalqınızın təhlükəsiz şəraitdə yaşaması, dövlətin inkişafı, xalqın rifahı üçün nəsə köməyimiz dəyə bilərsə buna hazırıq»-Belarus prezidenti əlavə edib. Lukaşenko Zakir Həsənova tövsiyə edib ki, müdafiəni daha da möhkəmləndirsin.
Öz növbəsində Zakir Həsənov Azərbaycanın Belarusla hərbi-texniki əməkdaşlığının çox möhkəm olmasından, Azərbaycan ordusunun silahlanmasında olan Belarus silahlarının yüksək keyfiyyətindən danışıb. Bundan əvvəl isə Zakir Həsənov Belarusun hərbi-sənaye kompleksinin istehsal etdiyi silah-texnika ilə tanış olmuşdu.
Bəs bu səfərin nəticələrindən nə gözləmək olar? Belarus Azərbaycana daha hansı silahları və texnikanı təklif edir?
Hərbi ekspert Aleksandr Alesin bu barədə deyib ki, Belarus Azərbaycanın hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsi üçün çox şey edib, bütün HHM sistemlərini, o cümlədən S-200, S-125 «Peçora», «Buk» MB zenit-raket sistemlərini modernləşdirib. Sonuncuların modernləşdirilməsində o cümlədən Ukrayna radar kompleksi verməklə və Rusiya raket satmaqla iştirak edib.
«Bundan əlavə Belarus Azərbaycana elektron içlikli döyüş başlıqlarının, pilotsuz aparatların siqnallarını pozmaq üçün radioelektron mübarizə vasitələri, təkərli dartı bazaları, dartı-qoşqu maşınları, optik nişangahlar, rabitə vasitələri və digərlərini təklif edə bilər. Azərbaycanda hazırda Belarus hərbi yük avtomobillərinin (MAZ 6317 VƏ MAZ 5317) yığılması həyata keçirilir və bu əməkdaşlığı da genişləndirmək mümkündür», - Alesin deyib.
Ekspertin sözlərinə görə, Belarus bundan əvvəl Azərbaycana xeyli zirehli texnika verib və indi bu texnikanın modernləşdirilməsinə ehtiyac ola bilər.
«Ola bilsin ki, Belarus Azərbaycana «Polonez» yaylım atəşi sistemlərini də təklif edib. Rusiya Ermənistana 280 km mənzilli «İsgəndər-E» komplekslərini verib və mən istisna etmirəm ki, tarazlıq yaratmaq üçün Belarus 200 km mənzilli «Polonez» sistemlərini Azərbaycana verəcək»-ekspert deyib.
A.Alesinin fikrincə bu halda Belarusun məsələni Rusiya ilə razılaşdırdığına əmindir. Çünki Rusiya regionda «smotryaşiy» rolunu oynayır və Azərbaycanla Ermənistan arasında balansın qorunmasına nəzarət edir, imkan vermir ki, tərəflərdən biri açıq üstünlük əldə edib Qarabağ məsələsini güc yolu ilə həll etsin.
«Belarusla Azərbaycanın hərbi əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Belarus silahları Azərbaycanda özünü yaxşı tərəfdən sübut edib və orada əməkdaşlığı davam etdirməyə hazırdırlar», - ekspert deyib.