
Mərkəzi Asiyada riyaziyyat yarışları niyə artır?
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
“Olimpiadalar insan kapitalının keyfiyyətini yüksəltməklə inkişafa təkan verir”
Xəzərin dibi ilə çəkiləcək internet kabeli layihəsinə start verilir
Qəfil peyda olub, öz-özünə yox olan bəlası
2 uşaq ölüb
Qonşularının müstəqilliyinə məhəl qoymayan Rusiya ondan icazəsiz atılan hər addım “Qərbin sui-qəsdi” kimi dəyərləndirilir
Ərazidəki insanlar sərxoş olub yatırlar
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
Caparov qardaşı qızının nişanlısını həbsxanaya salıb
“Astana Opera”nın Bakıya qastrolu
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Tokayev hərbi doktrinanı da dəyişdirib
Bazar günü - oktyabrın 15-də Qırğızıstanda prezident seçkiləri baş tutmalıdır. Səsvermə ərəfəsində ölkədə və ümumilikdə, regionda vəziyyət gərginləşir. Seçkilərdən sonra qarışıqlığın olacağı ilə bağlı ehtimallar səslənir. Qazaxıstan Qırğızıstan sərhədinə qoşun yığır. Eyni zamanda, rəsmi Bişkək Astananı ölkədə seçki prosesinə qarışmaqda ittiham edir.
Regionda baş verənlərlə bağlı virtualaz.org-un əməkdaşı siyasi məsləhətçi, Qırğızıstan Respublikası prezidentinin yanında milli birliyin möhkəmləndirilməsi və dini siyasət üzrə Şuranın eksperti Denis Berdakovun fikirlərini öyrənib.
«Qazaxıstan və Qırğızıstan qardaş ölkələrdir, lakin son 20 il ərzində bu ölkələrin hakimiyyətləri «böyük və kiçik qardaş» xətti üzrə güzəştlər axtarışındadır. Ümumilikdə, ölkədə vəziyyət sakitdir. Lakin seçkiöncəsi mübarizənin gərginliyi həddən artıqdır», - həmsöhbətimiz deyir.
Onun sözlərinə görə, Qırğızıstan prezidenti Almazbek Atambayev «hazırkı şəraitdə maksimum mümkün ola biləcək şəffaf seçki» keçirmək qərarına gəlib: «O ümumiyyətlə çox orijinal şəxsiyyətdir. Nə sifarişli qətllər var, nə də yüksək vəzifələrdə xeyli qohum-əqrəba... İdealistdir».
«Və bu demokratiya oyununun nəticəsi olaraq nəzərə çarpmadan güclü qarşıdurmaya gəlib çatmışıq. Qırğızıstanda Qərb anlamında vətəndaş cəmiyyəti yoxdur. Burada partiyalar daha çox maliyyə maraqlarına köklənmiş dərnəklər kimidir. Nəticə etibarilə bu seçkilər elə rəqabətli oldu ki, elektoratı iki yerə parçaladı», - D.Berdakov deyir.
Bununla belə, ekspert hesab edir ki, bu halda yeni inqilab gözləməyə dəyməz. «Nə Qırğızıstanın özündə elə bir vəziyyət var (elitanın əksəriyyətini hakimiyyət partiyasının namizədi Sooranbay Jeenbekov qane edir), nə də ölkənin xaricində (Rusiya və Çin özləri üçün vacib regionda sabitliyin pozulmasına yol verməzlər)».
Ekspertin fikrincə, vəziyyətin ən maraqlı cəhəti odur ki, Qırğızıstandakı seçkilər «Özbəkistanla Qazaxıstanın regional liderlik uğrunda mübahisəsidir».