ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
19:11 | 12 oktyabr 2017 | Cümə axşamı
Məqaləyə 3030 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sabah oktyabrın 13-də Ukraynanın qərbindəki Karpatyanı bölgəsində etnik macarlar «Karpatyanı üçün öz müqəddəratını təyin etmə» şüarı altında aksiya keçirəcək.
Virtualaz.org xəbər verir ki, Kiyev aksiyanı separatizm adlandırıb və keçirilməsini qadağan edib. Aksiyanın Macarıstanda fəaliyyət göstərən sağ-radikal «Yobbik» partiyası tərəfindən təşkil edildiyi bildirilir.
Macar azlığın küçələrə çıxmasının formal səbəbi isə Ukrayna parlamentinin qəbul etdiyi yeni təhsil qanunudur. Bu qanuna əsasən orta təhsil 12 illik olacaq və Ukrayna dilində aparılacaq. Etnik azlıqlar isə öz dillərində ancaq məktəbəqədər müəssisələrdə təhsil ala bilərlər. Bu qanun Macarıstan, Rumıniya, Polşa və digər qonşu ölkələri bərk narazı salıb. Həmin ölkələr qanunu Ukraynanın «arxadan zərbə» vurması adlandırıblar və etnik azlıqların hüquqlarını məhdudlaşdırdığını bildiriblər. Macarıstan isə xüsusilə qəzəblidir və bu ölkənin sağ-radikalları neçə vaxtdır ki, Karpatyanı bölgədə separatizm toxumları əkirlər.
Macarıstan XİN Budapeştdəki Ukrayna səfirliyini rəsmən məlumatlandırıb ki, sabahkı aksiyanı dəstəkləyəcəklər. Bu isə Kiyevi qəzəbləndirib. Xarici işlər naziri Pavel Klimkin özünün «Twitter» bloqunda yazıb: «Macarıstan XİN bizim səfirliyə oktyabrın 13-də «Karpatyanı üçün öz müqəddəratını təyin etmə aksiyası haqda xəbər verib. Bu nədir, Budapeşt separatizmi dəstəkləyir?». Nazir əlavə edib ki, Ukrayna XİN dərhal bu təxribatı dayandırmaq barədə etiraz notası göndərib.
Bundan əvvəl Ukrayna hakimiyyəti «Yobbik» partiyasından olan deputat Kristine Morvai və vəkil Tomaş Qaudi-Nadın ölkə ərazisinə daxil olmasını qadağan edib. Bu da macar azlığın etirazlarını daha da artırıb. «Yobbik» iddia edir ki, Karpatyanı macarları girova çevrilib və onlara doğma dillərində təhsil almaq, özlərini macar kimi hiss etmək qadağan olunub. «Yobbik» partiyasının Rusiya ilə sıx əlaqələri var və Ukraynada hesab edilir ki, məhz Kreml Macarıstanın rusiyayönümlü baş naziri Viktor Orbanla əlbir olaraq Karpatyanı bölgəni Ukraynadan qoparıb Macarıstana birləşdirmək planını işə salıb.
Xatırladaq ki, bu günlərdə Ukrayna mətbuatında Karpatyanı bölgədə baş qaldıran separatizmin arxasında Kremlin dayandığı haqda xəbərlər getmişdi. Orada deyilirdi ki, Kreml qərbi Ukraynada separatizmi dəstəkləmək üçün Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqovu «kurator» təyin edib.