
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Əfsanə Seviginin fikrincə, İran dövlətindən ana dilində təhsil haqqı tələbi və əhalini türk dilində yazıb-oxumağa təşviq edən kampaniyalar parallel şəkildə yürüdülməlidir. İsveçdə yaşayan siyasi fəal Amerikanın Səsinə söhbətdə İran Azərbaycanında türk dili ilə bağlı təşkil olunan kampaniyaları dəyərləndirib.
Əfsanə Sevigin deyir, türk dilinin siyasətçilər tərəfindən gündəmə gətirilməsi, sadəcə səs almaq məqsədilə olsa belə, dəstəklənməlidir.
O, keçən illərdən bəri təşkil olunan kampaniyaları müsbət dəyərləndirməklə bərabər, qeyri-fars cəmiyyətlərin ana dilində təhsil haqqını əldə etmələrinin bütün ölkə üçün faydalı olduğunu önə çəkir.
«Kampaniyalar toplumda və milli fəalların içində ümumiyyətlə müsbət qarşılanır. Ana dilində yazıb-oxumaq və təhsil almaq təbii və təməl bir haqdır. Bizim bu haqqı əldə etməyimiz İranda başqa etnik qruplarda, xüsusilə də fars cəmiyyətində ya İran toplumunda heç bir mənfi hiss oyandırmamalıdır. Bəlkə ana dilində təhsil almaqla bizim uşaqların fikrini və zehnini gücləndirmək, İrana çox böyük faydası və yararları olacaqdır», deyə o söyləyir.
Sevigin ana dilinə dair kampaniyaların beynəlxalq ictimaiyyətdə də gündəmə çıxarılmasının zamanının gəldiyini ifadə edir.
Onun dediklərinə görə, «məncə prosesin daha sürətləndirilməsi və beynəlxalq toplumlara çəkilməsi lazimdir. Bunun öz içimizdə danışılması məsələnin önəmli bir tərəfidir. Ama daha önəmli bir tərəfi də beynəlxalq təşkilatlara çəkib, orada danışılması və ortaya qoyulmasını təmin etməkdir».
Əfsanə Sevigin əhalini türk dilində yazıb-oxumağa sövqləndirmək və İran dövlətindən ana dilində təhsil haqqını tələb etməyə dair kampaniyaların birgə yürüdülməsinin vacibliyinə diqqət çəkir: «Bu kampaniyalar yanaşı getməlidir. Bu toplumda başlamasaydı, dövlət səviyyəsinə də gəlib çatmayacaq idi. Toplumda istək olduğu üçün bölgədə çalışan məsullara toplum tərəfindən basqı var. Bu üzdən, bu dövlət səviyyəsində danışılır».
Türk fəal əlavə edir, «biz türkcə yazıb-oxumağı onun İranda rəsmi olacağı zamana, sabahlara və birigünlərə buraxsaq, müsbət nəticə əldə edə bilməyəcəyik. Bunu özümüzdən başlamalıyıq. Farsca yerinə türkcə yazmaqla... Tamam, məktəblərdə bu imkanımız yoxdur, ancaq onun qırağında yazılarımızı türkcələşdirək. Bir-birimizə məktublarımızı türkcə yazaq, sosial mediada... Bu toplumda da təsirini göstərəcəkdir. Bunu əlavə olaraq dövlət səviyyəsinə götürmək də qətiyyən lazimdir».
Əfsanə Sevigin türk dil hüquqlarının millət vəkilliyi ya şəhər şurası namizədləri tərəfindən səsləndirilməsini birmənalı olaraq müsbət dəyərləndirir. Onun fikrincə, siyasətçilərin türkcənin tədrisi ilə bağlı çıxışları, sadəcə səs almaq məqsədi ilə olsa da dəstəklənməlidir».