Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:09 | 2 noyabr 2017 | Cümə axşamı
Məqaləyə 2567 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bu ölkənin aparıcı KİV-lərinin onun barəsində yaydıqları xəbərlərdən dərhal sonra istefa verib. Virtualaz.org «The Guardian»a istinadən xəbər verir ki, həmin xəbərlərə əsasən Maykl Fellon 15 il əvvəl radioaparıcı Culiya Hartli-Bryuerə qarşı «seksual qısnamaya» yol verib.
Belə ki, Culia Hartli-Bruyer amerikalı kinorejissor Harvi Vaynşteynin ətrafında yaranmış qalmaqaldan sonra sosial şəbəkələrdə təşkil edilən «Mən də» (Mee to) kampaniyasına qoşularaq 15 il əvvəl Fellonun ona qarşı «yaraşmaz hərəkətə yol verdiyini» bildirib. Harvi Vaynşteyn filmlərdə rol verdiyi aktrisalara qarşı seksual qısnamada və zorlamada ittiham olunur.
Bəs Mayk Fellonun radioaparıcıya qarşı yol verdiyi «yaraşmaz hərəkət» nədən ibarətdir? Belə məlum olur ki, Culiya Hartli-Bryuer «Sunday Express»ə müsahibəsində Fellonun Mühafizəkarlar partiyasının konfransı zamanı əlini onun dizinə qoyduğunu deyib. Jurnalist onu da deyib ki, Fellonun həmin hərəkəti onun kefini pozmayıb.
Bu xəbərin dərcindən bir sutka sonra müdafiə naziri yol verdiyi hərəkəti təsdiqləyib və etiraf edib ki, 15 il əvvəl radioaparıcıya qarşı yaraşmaz hərəkət edib. «Son vaxtlar mənim keçmişim barədə bir sıra ittihamlar irəli sürülür. Bu ittihamların çoxu yalandır, lakin mən etiraf edirəm ki, təmsil etmək şərəfinə nail olduğum Silahlı qüvvələr üçün keçmişdə yaraşmayan hərəkətə yol vermişəm. Bundan nəticə çıxarıram və istefa verirəm», - Maykl Fellon bildirib.
«Mədəniyyətlər dəyişib. 10-15 il əvvəl məqbul hesab edilənlər indi yolverilməzdir. Baş nazir aydın şəkildə bildirdi ki, davranışlarımızı yaxşılaşdırmalıyıq», - Fellon istefadan sonra bildirib.
Baş nazir Tereza Mey Fellonun istefasını qəbul edib. Bunun yeganə düzgün addım olduğunu qeyd edib.