vaxtlı-vaxtında oxuyun! Cümə, 30 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
SOSİAL  
Nazir özünü yandıran əlil haqda danışdı 13:14 | 28 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2721 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazir özünü yandıran əlil haqda danışdı

Yevlaxa xüsusi nümayəndə göndərilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Yevlaxda özünü yandıran II qrup əlil Nizami Kərimov gecə saatlarında paytaxta gətirilib. ANS PRESS-in məlumatına görə, aldığı yanıq xəsarətlərinin ağır olduğundan o, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimlər hazırda özünü yandıran əlilin vəziyyətinin orta ağır olduğunu deyir.

Qeyd edək ki, Nizami Kərimov ötən gün Yevlax rayonunda əhalinin Sosial Müdafiəsi Mərkəzin qarşısında üzərinə benzin tökərək yandırmışdı. Bu yola əl atmasına səbəb kimi isə onun ünvanlı sosial yardım ala bilməməsi göstərilib.

Hadisə ilə bağlı ANS-ə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məsələnin ciddi araşdırılacağını, bu məqsədlə Yevlaxa xüsusi nümayəndə göndərildiyini bildirib.