Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:26 | 12 noyabr 2017 | Bazar
Məqaləyə 2780 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Kanadanın Baş naziri Castin Trudeu (Justin Trudeau) özünəməxsus geyim üslubu və rəngbərənk corabları ilə məşhurlaşıb. Ukraynanın ticarət nümayəndəsi Nataliya Mikolskanın Trudeu ilə görüş zamanı onun kolleksiyasına hədiyyə etmək imkanı qazanıb.
«Ukrinform» xəbər portalı yayım platforması həmin corabları «qeyri-adi hədiyyə» kimi səciyyələndirib.Ukraynanın İqtisadi İnkişaf və Ticarət nazirinin müavini Ukraynanın Baş naziri Volodımır Qroysmanın adından Trudeuya hədiyyə edilmək üçün seçilmiş həmin corabların fotosunu tvitləyərək, bunun ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə olacağını yarızarafat qeyd edib.
Ukraynanın «Hromadske.ua» xəbər saytının «Facebook» səhifəsində Trudeunun corabları və ona hədiyyə edilən corab dəsti barədə müxtəlif şərhlər olub.
Belə ki, Katerina Krotkova, qeyd edib ki, Kanada baş nazirinə hədiyyə edilmiş corabdan onda da var və demək, bundan sonra onun «Castinlə eyni corabı olacaq».
İlk dəfə deyil ki, Trudeunun corabları diqqət mərkəzinə keçir.
İyul ayında Almaniyada Hamburq şəhərində G20 sammitində iştirak etmiş Trudeu «İnstagram» səhifəsində fotosunu paylaşarkən rəngli corabları diqqət cəlb edib.
Bəzən Trudeu ilə görüşən siyasətçilər də eyni gediş edərək «corab-corab» oyununa qoşulur. İrlandiyanın baş naziri Leo Varadkar iyul ayında Dublin şəhərində kanadalı həmkarı ilə görüşərkən «corab diplomatiyası»ndan istifadə edib.
Cümə günü ABŞ-Kanada münasibətlərinə həsr olunmuş tədbirdə «Google» şirkətinin keçmiş müdiri, hazırda isə «Google»un təsisçisi olan «Alphabet» şirkətinin icraçı sədri Erik Şmit (Eric Schmidt), Trudeunun corablarının «qeyri-adiliyə görə» həmişə diqqət mərkəzində olduğunu qeyd edib.
«Hamı mənim corablarımı digərlərinki ilə müqayisə edir, Trudeu toplaşanlara deyir, - Digərlərinin corabı daha böyük maraq doğuranda, bu, məni heç pərt etmir, çünki onlar mənim corab oyunumu oynamış olur».
Mayın 4-də keçirilmiş və Ulduz Müharibələri mövzusuna həsr olunmuş tədbirə Trudeunun geydiyi corablar da tədbirin ruhuna tam uyğun olub.
Ulduz Müharibələri mövzusunun daha bir personajı - «Chewbacca» - mövzusunda corablar isə bu dəfə Nyu-Yorkda keçirilən biznes forumunda izləyicilərin diqqətini özünə çəkib.