“İvanişvili ətrafındakı heç kimə etibar etmir”
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
10:54 | 9 dekabr 2017 | Şənbə
Məqaləyə 3107 dəfə baxılıb
Şriftin ölçüsü
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Marşrutun qrafiki və dayanacaqları bəlli oldu
Qatarla Gürcüstana səfərə getməyi nəzərdə tutanların diqqətinə
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
Ukraynada ötən gecə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili təcridxanada müddətsiz aclıq elan edib. Virtualaz.org xəbər verir ki, bunu Saakaşvilinin vəkili Ruslan Çernolutski jurnalistlərə bildirib.
«Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını elan edir. O, məcburi qidalandırmaya müqavimət göstərəcək», - vəkil deyib. Onun sözlərinə görə, əgər məhkəmə Saakaşvilinin barəsində 60 günlük həbs qətimkan tədbiri seçsə siyasətçi «daha sərt formada» aclıq edəcək. Hərçənd Ukrayna Baş prokurorluğu bildirib ki, məhkəmədə Saakaşvilinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə yox, elektron qolbaq gəzdirmək şərti ilə ev dustaqlığı seçilməsi barədə vəsadət qaldıracaq. Saakaşvilinin bu gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Saakaşvili mütəşəkkil qruplaşma ilə əlbir olmaqda və dövlət çevrilişi cəhdində ittiham olunur. İttihama əsasən o, keçmiş prezident Viktor Yanukoviçin tərəfdarı olan və hazırda Rusiyada yaşayan oliqarx Sergey Kurçenkodan pul alıb və hakimiyyət çevrilişi hazırlayıb. Saakaşvili bu ittihamları qurama adlandırır.
KİV-lər xəbər verir ki, Saakaşvili Kiyevdə yüksək vəzifəli polis əməkdaşının mənzilində saxlanılıb. Bundan əvvəl o, Kiyevdə qaldığı evdə həbsdən yayınmaq üçün dama çıxmışdı və oradan tərəfdarlarına müraciət etmişdi. Saakaşvilinin dama çıxması onun soyuqlaması ilə nəticələnib, siyasətçi tibbi yardım üçün həkim axtarmalı olub. Bildirilir ki, Saakaşvili polis polkovniki, Milli Polisin departament rəhbəri Yuri Pokinborodinin mənzilində tutulub.
Hazırda Təhlükəsizlik Xidmətinin təcridxanasının qarşısında Saakaşvilinin bir neçə yüz tərəfdaşı toplaşıb, onlar tonqallar qalayıblar. Təcridxananın qarşısında mümkün iğtişaşları önləmək üçün Milli Qvardiyanın döyüşçüləri də səfərbər olunub.
***
01:09
«Yeni qüvvələr hərəkatı»nın mətbuat katibi Maryana Poçtar Saakaşvilinin tutulması barədə məlumatı təsdiqləyib.
Virtualaz.org RİA «Novosti»yə istinadən xəbər verir ki, onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları çadır şəhərciyinə hücum edir.
«Strana» yazır ki, Saakaşvili müalicə üçün müraciət etdiyi xəstəxanada UTX tərəfindən tutulub.
***
01:01
Ukraynanın baş prokuroru Yuri Lutsenko özünün «Facebook» səhifəsində yazıb ki, Mixail Saakaşvili Milli polis tərəfindən saxlanılıb.
«Saxlanılan şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun barəsində istintaq hərəkətlərinin aparılması və məhkəməyə qətimkan tədbirinin seçilməsi üçün müraciət edilməsi planlaşdırılır. Vəd etdiyimiz kimi, güc strukturları izafi güc tətbiqindən və qandan qaçmaq üçün əllərindən gələni ediblər», - o yazıb.
***
00:45
Kiyevdə Odessa vilayətinin keçmiş qubernatoru, «Yeni qüvvələr hərəkatı»nın lideri Mixail Saakaşvili saxlanıb.
Virtuualaz.org xəbər verir ki, bu barədə özünün «Facebook» səhifəsində Ukrayna prokurorunun keçmiş müavini David Sakvarelidze yazıb.
«Mixaili tutdular! Onu Askoldova - UTX-yə aparırlar», - o yazıb.