Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
20:00 | 13 dekabr 2017 | Çərşənbə
Məqaləyə 2779 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Marşrutun qrafiki və dayanacaqları bəlli oldu
Qatarla Gürcüstana səfərə getməyi nəzərdə tutanların diqqətinə
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Gürcüstanın keçmiş prezidenti, Ukrayna prezidentinin ən kəskin tənqidçisi Mixail Saakaşvili deyib ki, korrupsiya Ukraynaya Rusiyadan daha çox ziyan vurub.
Ukrayna məhkəməsinin qərarı ilə dekabrın 11-də təcridxanadan sərbəst buraxılan Saakaşvili dekabrın 12-də deyib ki, Ukraynanın prezidenti olmaq ambisiyası yoxdur.
Onun sözlərinə görə bu vəzifəni yalnız milliyyətcə ukraynalı tutmalıdır.
«AzadlıqRadiosu» və «Amerikanın Səsi» stansiyalarının müştərək rusdilli «Current Time TV» şəbəkəsinə müsahibəsində Saakaşvili deyib: «Hakimiyyət elə bilir ki, «Rusiya» və ya «düşmənin agentləri» qışqırmaq kifayətdir ki, hamı inansın. Adamlar axmaq deyillər. Onlar buna əvvəllər də inanmayıblar, indi də inanmırlar».
«Onlar bilirlər ki, əsas düşmənimizdən başqa, bizim bir daxili düşmənimiz də var və bu, korrupsiyadır. Vladimir Putin üçün Saakaşvilinin həbsxana görüntülərindən daha yaxşı hədiyyə düşünüb tapmaq olmazdı. Bu hədiyyəni də ona etdilər. Bu mənim qərarım deyildi, Poroşenkonun qərarı idi. Mənim əlləri qandallı görüntülərim Rusiya televiziyasında ən baxılan süjetlər idi».
Saakaşvilinin bəyanatları Ukrayna hökumətində ona olan geniş dəstək barəsində nə edilməsi məsələsində fikir ixtilafını nümayiş etdirir.
Saakaşvili 2015-ci ildə Ukraynanın Qara dəniz şəhəri Odessanın meri təyin edilsə də, bu vəzifədən bir il sonra istefa verib və hakimiyyəti onun islahatlarına mane olmaqda ittiham edib. O vaxtdan bəri Saakaşvili keçmiş universitet yoldaşı Poroşenkonun qatı tənqidçisidir.
Hakimiyyət orqanları Saakaşvilini keçmiş prezident Viktor Yanukoviçin iddia edilən «kriminal qrupu» ilə əlaqədə ittiham edir. Yanukoviç 2014-cü ildə xalq etirazlarının dalğası ilə devrildikdən sonra Rusiyaya qaçıb. Hakimiyyət həm də bu qənaətdədir ki, Saakaşvilinin etirazları Rusiyanın Ukraynaya qarşı qəsdinin bir hissəsidir.
Dekabrın 5-də polis Saakaşvilini həbs etməyə cəhd göstərsə də, onun tərəfdarları buna imkan verməyiblər.
Saakaşvili bundan üç gün sonra, dekabrın 8-də təkrar saxlanıb. Prokurorlar ona ev məhbusluğu hökmünün çıxarılmasını istəyirdilər. Amma məhkəmə dekabrın 11-də bu tələbi rədd edib.
Baş prokuror Yuri Lutsenko deyib ki, hakimin qərarından apellyasiya şikayəti veriləcək.
Saakaşvili təcridxanada olarkən onun minlərlə tərəfdarı Kiyevin mərkəzində mitinq keçirərək Petro Poroşenkonun istefasını tələb edirdi.
Yanukoviç Ukraynadan qaçdıqdan az sonra, 2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqində separtatçı hərəkatı qızışdırıb.
Saakaşviliyə qarşı vətəni Gürcüstanda da cinayət işi qaldırılıb.
Saakaşvilinin prezidentliyi dövründə, 2008-ci ildə Rusiya ilə müharibə olub və Gürcüstan iki əyalətini – Cənubi Osetiya və Abxaziyanı itirib. İndi Rusiya beynəlxalq icmanın tanımadığı bu ölkəyə iqtisadi dəstək verir.
Saakaşvilinin siyasi mübarizəsinə Ukraynanın başqa bir nüfuzlu siyasətçisi – keçmiş baş nazir Yuliya Timoşenko da dəstək verir.
Dekabrın 11-də Saakaşvilinin məhkəmə dinləməsində çıxış edən Tuimoşenko Poroşenkonu Yanukoviçə bənzədib: «Sən öz opponentlərini Yanukoviç kimi həbsxanaya saldırırsan. Bütün bunların necə nəticələndiyini yadında saxla».