

"2012-ci ildə Azərbaycanda 43,9 milyon ton neft hasil olunub". Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bazar günü ilin yekunlarına həsr olunmuş tədbirdə bildirib. "İl ərzində respublikada qaz hasilatının həcmi 27,9 milyard kubmetr təşkil edib", - Abdullayev deyib.
Bu il neft və qaz hasilatının həcmi müvafiq olaraq 42,9 milyon ton və 27,1 milyard kubmetr səviyyəsində gözlənilən proqnoz göstəricilərini üstələyib.