SEPAH-a ərəb zərbəsi
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
23:54 | 3 yanvar 2018 | Çərşənbə
Məqaləyə 3567 dəfə baxılıb
Şriftin ölçüsü
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
“Yox” demirlər, amma nəticə də yoxdur
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
İranda baş verənlər, müxtəlif qrupların münasibəti bir qənaətimi daha da gücləndirdi. Türkiyədən fərqli olaraq, Azərbaycandakı millətçilərin çox sekulyardı. Yəni dinsiz anlamında yox, dinin millətçilikdən uzaq tutulmasına görə. Bəs nə üçün bizdə belədir?
Türkiyədəki dinin millətçiliyin iç-içə olmasının tarixi kökləri var. Osmanlıdan başlayaraq, din harasa başqa yerlərə bağlı olmayıb. 1517-ci ildə Sultan Səlim Məkkə və Mədinəni fəth edib, özünü xəlifə elan etdikdən sonra dövlətin başındakı elə dinin başı oldu. Osmanlı özü din adamları yetişdirirdi. Bu ənənə özünü İstiqlal savaşında göstərdi. Atatürkün yanında xeyli din adamı vardı və sarayın çağırışlarına rəğmən kuvvacılara (Atatürkün tərəfdarları) sahib çıxdılar. Ərəblərin Osmanlıya qarşı üsyanları, xəyanətləri belə dinə münasibəti o qədər də dəyişməmişdi. Çünki islam ərəbizmlə asossasiya olunmurdu. Osmanlının dini rəhbərləri ərəb çöllərində deyildilər, elə İstanbuldaydılar.
Yəni, din vətən, millət, dövlət qavramlarına sahib çıxdı. «Vətəni sevmək imandandır» hədisi millətçilərin sevimli aforizmiydi. Bu səbəbdən sonrakı dövrlərdə millətçi cərəyanları dindən kənarda qalmadılar. Nihal Adsız çevrəsi kimi istisnalar olsa da ümumən dindar kimlik vazkeçilməz olub. Son müşahidələrimə görə isə deyə bilərəm ki, islam adıyla ərəbizmin geniş yayılması türkçü çevrələrdə sekulyarlaşma meyllərini artırıb.
Bizdə isə necə oldu?
Ötən əsrin əvvəllərindən başlayaraq din və dindarlar dövlətçiliyin, vətən, millət anlayışlarının yaranmasında kənarda durdular. Rəsulzadə dini xadim ailəsində böyüsə də, sekulyar düşüncəyə malik idi. Eləcə də digərləri. Hətta Rəsulzadənin dini siyasətə daxil etmək istəyənlərə verdiyi məşhur bir cavab var. Dinlə ancaq məsciddə məşğul ola bilərsən deyə.
İkinci dəfə müstəqillik qazandıqdan sonra isə dini qarşımızda, mane olaraq gördük. Əhalinin çoxluğunu şiələrin təşkil etməsindən istifadə edən İran, bundan öz məqsədləri üçün istifadə etməyə başladı. İslam inqilabını ətrafına yaymağı bir konsepsiya halına gətirən cənub qonşumuz üçün Azərbaycanın varlığı belə təhlükə idi. Məhz buna görə əl-ayağımızı yığışdırmaq üçün din kartından bol-bol istifadə edir. Artıq şiəliyin İran, İranın da şiəlik kimi qavranılmasına nail olunub. Millətçi kəsimin də siyasi baxışlarıyla tam tamına ziddiyyət təşkil edir. Beləliklə din vətən, millət, dövlət anlamlarının yanında yox qarşısında durmuş olur.
P.S. Bu yazımda millətçiliyi müzakirə predmetinə çevirməmişəm. Mövzunun mahiyyətini başa düşmək üçün lazımdır gələrsə iki dəfə oxumağın məsləhətdir. Bir də burdakı ümumiləşdirmələr nisbidir. İstisnalar hər zaman var.