
Bu il sənaye istehsalı niyə azalıb?
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Qeyri neft sektorundakı artım, qara-qızıldakı itkidən iki dəfədən çoxdur
Somali prezidentinin Azərbaycan səfərində neft-qaz müzakirələri
SOCAR-a qarşı çirkin kampaniya – Ukrayna hakimiyyəti niyə susur?
BP və SOCAR qiymətləndirmə aparacaq
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
2022-ci ilin I yarısında ötən illə müqayisədə 15,1 çoxdur
Azərbaycanın ən böyük şirkətinin yarım illik mənfəəti ötən ilkinin üçdə ikisi qədərdir
Şirkətin təkcə 3 quruma borcu 1 milyarddan çoxdur
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
Rövşən Nəcəf: “Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq”
27 412 962 manat
Ekspert Rövnəq Abdullayevin SOCAR-da yaratdığı qohumbazlığa etiraz etdi
Onun vəzifələrini SOCAR-a birinci vitse-prezidenti təyin edilən Rövşən Nəcəf icra edəcək
SOCAR: “İşlər dayandırılıb və məhdudlaşdırılıb”
Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi bir sıra rayonların qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylayıb. Bu barədə Modern.az saytına daxil olan məlumatda bildirilir ki, bəzi rayonlarda qaz istismar sahələrinin işçilərinə özlərinə tezliklə iş tapmaqları tövsiyə olunub.
Modern.az məlumatı dəqiqləşdirmək üçün «Azəriqaz» İstehsalat Birliyi ilə əlaqə saxlayıb.
Məsələyə aydınlıq gətirən «Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev xəbəri təsdiqləyib:
«Bildirişlərin verilməsi doğrudur. Bu addım strukturun təkmilləşdirilməsi ilə əlaqədar atılıb. Zaqatala Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələrinin əməkdaşlarına işdən çıxarılma ilə bağlı bildirişlər paylanılıb. Amma bu o anlama gəlmir ki, kimsə işdən çıxarılacaq, ixtisar olunacaq. Sadəcə, struktur təkmilləşdirilməsi ilə əlaqədar ştatların çoxu bir mərkəzdə cəmlənəcək. Prosesdən xəbərdar olması üçün işçilərə işdən çıxarılma ilə bağlı bildirişlər verilib».