
Epşteyn işi Mandelsonu sonu oldu
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
“Elgin Mərmərləri” mübahisəsi yenidən qızışdı
Nobel mükafatı laureatı fizik Hollandiya vətəndaşlığından məhrum edilib
Fransa polisinin miqrantlara müdaxilə taktikası – şişmə qayıqlar bıçaqla deşiləcək
Hindistanda qapalı qalan reaktiv təyyarənin sirri nədir?
Qatil tibb bacısı istintaqında 3 yeni həbs
Suriyaya raket zərbələri ərəfəsində Britaniyanın bir sualtı zərbə gəmisi Rusiyanın hərbi gəmiləri ilə siçan-pişik oyunu oynamağa məcbur qalıb.
Modern.az saytının xəbərinə görə, bu barədə nüfuzlu “The Times” qəzeti hərbi dairələrdəki mənbələrinə istinadən xəbər yayıb.
Məlumata görə, Britaniyanın baş naziri Tereza Mey zərbələr haqda qərar verən zaman Aralıq dənizinin şərq hissəsində Rusiyanın “Qara dəlik” sualtı gəmisi Birləşmiş Krallığın bir sualtı gəmisini təqib edib.
Bu gəminin “Qara dəlik” adlandırılmasının səbəbi onun həddən artıq səssiz hərəkət etməsi ilə bağlıdır. Gəmi iki dizel generatoru və bir elektrik mühərriki ilə təchiz olunub ki, bu da onu yetərincə səssiz edir. Bu gəminin əsas istiqaməti digər sualtı gəmilərin ovunu həyata keçirməkdir. Bu tipli gəmilər “Varşavyanka” sinfinə aiddir. Bu sinif gəmilərin öz balanslarında qanadlı raket, torpedo və gəmi əleyhinə raketlər yer alır.
“Ölümcül ticarət” kitabının müəllifi, ekspert İen Bellentayn bu təqibin səbəbini Britaniya sualtı gəmilərinin məhdud atəş gücü və taktiki atəş mexanizmləri ilə əlaqələndirib.
Belə ki, Britaniyanın Aralıq dənizində xidmət aparan sualtı gəmisi isə “Astute” sinfinə aiddir. Onun sözlərinə görə bu sualtı qayıqlar əsasən 20 “Tomahawk” raketi ilə silahlanır. Və raketlərin sualtından hədəfi vurma məsafəsi min mil (1600 km) hesablanır.
Sualtı gəmilər əsasən bir yaylım atəşi üçün cəmi bir neçə raket buraxa bilirlər. Bu sinif gəmilər öz yerlərini gizli saxlamaq üçün bu taktikaya əl atırlar. Yaylım atəşi zamanı raketlərin sayının artırılması və ya bir yerdə uzun bir müddət qalmaq sualtı gəmilər üçün öz yerini bildirmək deməkdir. Bu isə yolverilməzdir.
“İki “Varşavyanka” yetərincə ciddi təhlükə deməkdir” ekspert qeyd edib.
Hərbi mənbələr bildirir ki, Britaniya sualtı gəmisi Aralıq dənizindəki ABŞ hərbi donanmasının mühafizəsində olub. Təqibə “Qara dəlik”lə yanaşı sonralar daha iki Rusiya freqatı da qoşulub. Bunun nəticəsində gəmi onun üçün müəyyən olunmuş hədəfləri vura bilməyib və bir neçə gün ərzində rus gəmilərindən gizlənməli olub.
Ekspertlərin fikrincə, son illərdə Rusiya və Britaniya donanmasının sualtı gəmiləri Şimal dənizi, Atlantik okeanının şimalı və Aralıq dənizində çox aktiv şəkildə bir-birini təqib edir.