Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
18:00 | 27 aprel 2018 | Cümə
Məqaləyə 1780 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanın onunla jurnalistlərin qarşısında danışıqlar aparmaqdan imtina etməsini hakim Respublika partiyası daxilində hökm sürən çaxnaşma ilə izah edib. Virtualaz.org xəbər verir ki, Paşinyan çoxsaylı jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib: “Bu o deməkdir ki, Respublika partiyasında tam çaxnaşma hökm sürür, çünki ötən gün onlar elan ediblər ki, danışıqlara hazırdırlar. Heç bir şərt qoymadan. Bu gün isə gördüyünüz kimi, Karapetyanın yerində mənim çantam dayanıb”.
Paşinyana görə Karapetyanın görüşdən imtinası özünə inamın olmaması ilə bağlıdır. “Fikrimcə onlar özlərinin danışıqlar aparmaq gücünə inanmırlar. Əgər adam ölkə daxilində öz potensialına əmin deyilsə, Qarabağa dair danışıqları necə aparacaq? Biz Azərbaycanla danışıqlarda da belə situasiya ilə qarşılaşacağıq”, - o deyib.
Paşinyan əlavə edib ki, o hakimiyyətlə bağlı qapılar arxasında danışıqlar aparmaq niyyətində deyil. “Kimsə izah edə bilər ki, nəyə görə mən danışıqları bağlı qapılar arxasında aparmalıyam? Bizim “Çiçəklənən Ermənistan” və “Daşnaksütun” partiyası ilə qapalı danışıqlarımız olub, çünki onlar siyasi münaqişənin tərəfləri deyillər. Əgər açıq format qəbuledilməzdirsə, qoy Karapetyan gəlib izah etsin ki, niyə?” - Paşinyan bildirib.