
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
BP rəhbəri Robert Dadli Moskvanı 2008-ci ildə zəhərləndiyinə görə tərk edib. Bunu “Deyli Teleqraf” qəzetinə açıqlamasında TNK-BP şirkətinin keçmiş əməkdaşı İlya Zaslavski deyib. Onun sözlərinə görə, həmin dövrdə aparılan analizlər Dadlinin orqanizmində zəif təsir göstərən zəhərin olduğunu ortaya çıxarıb:
“Rusiya hökuməti hər şeyi edirdi ki, Dadli rəhbər vəzifəsini tərk etsin. Dadli isə çox inadkar idi. O fikirləşirdi ki, TNK-BP-yə rəhbərlik edə biləcək. Ona görə ki, qanunlar onu müdafiə edirdi. Sonda hökumət onu zəhərləmək qərarına gəldi. Biz zəhəri Dadliyə kimin verdiyini heç cür müəyyənləşdirə bilmədik.
Britaniyada aparılan testlərdən sonra zəhərlənmənin Rusiyada olduğu müəyyən edildi. Bu barədə məndə etibarlı mənbələrdən də məlumat var. Zəhəri verməkdə məqsəd Dadli öldürmək deyildi. Sadəcə, ona mesaj vermək istəyirdilər ki, artıq o, ölkəni tərk etməlidir. Dadli Moskvanı tərk etdikdən sonra Londona yox, Avropadakı gizli yerlərdən birinə aparıldı”.
Qeyd edək ki, Dadli TNK-BP şirkətinin rəhbərliyini 2008-ci ildə tərk edib. O, hazırda BP şirkətinin baş direktorudur.
İlya Zaslavski isə 2009-cu ilə qədər bu şirkətdə normativ-hüquqi məsələlər departamentində çalışıb. Sonradan o, “Qazprom”la bağlı məxfi informasiyaları toplamaqda ittiham olunub. Rusiyanı tərk edən Zaslavski Nyu Yorka köçüb.