
“Forpost”dan “körpü”yə keçid
Ermənistan “Turan” ideyasından qorxmamalıdır
Ermənistan “Turan” ideyasından qorxmamalıdır
Radikal müxalifət, kilsə və bir qrup biznesmenin arxasında bir qüvvə var – Kreml
“5-ci kolon”un neytrallaşdırılması Cənubi Qafqazın gələcəyi baxımından diqqətçəkəndir
Ukrayna hərbi kəşfiyyatı Rusiyanın Ermənistandakı hərbi varlığını artırdığını iddia edir
Rusiya Krım və Rostovdan Gümrüyə əsgər daşıyır
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
“Əməkdaşlarını mitinqlərə qatılmağa məcbur edənlər də məhkum ediləcək”
“Subaylıq andı” böhranı – həm insanları, həm də Allahı aldatmaq
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Ermənistan tarixində ilk dəfə hakimiyyətlə diaspor və kilsə arasında dərin çatlar yarandı
... Hayfada vurduğu məscidin və öldürülən müsəlman din xadimlərinin hesabatını versin
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
Baş yepiskop həbs olundu
Rusiya eyni səhvi Ermənistanda etmək istəmir ...
Ermənistan Qərbə niyə yaxınlaşır?
Ermənistanın baş naziri Nikol Paşinyanın yeni ssenarisinə görə, Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər.
Ermənistan mətbuatı xəbər verir ki, sentyabrda keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərinə görə Paşinyan vəzifəsini qurban verməyə hazırdır.
“Jamanak” qəzetinin hakimiyyətdəki mənbəyinə görə, baş nazir bu yaxınlarda yeni seçki məcəlləsini parlamentdə təsdiqə vermək istəyir.
Mənbənin verdiyi məlumata görə, məcəllənin qəbulundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün baş nazir Nikol Paşinyan istefa verəcək.
“Ermənistan baş naziri növbədənkənar parlament seçkilərinin sentyabrda keçirilməsinə nail olmaq istəyir. Yaxın günlərdə yeni seçki məcəlləsi parlamentin gündəliyinə qoyulacaq, səs vermə isə (mənbənin fikrincə) iyulun 15-də olacaq. Yeni məcəllənin qəbulundan sonra isə baş nazir Paşinyan istefa verməyə hazırlaşır”, – mənbə bildirib.
Paşinyanın planı baş nazir seçkilərinin iki dəfə baş tutmamasına hesablanıb. Bu baş verərsə, ölkədə növbədənkənar parlament seçkiləri keçirilməli olacaq.
Qeyd etmək lazımdır ki, Paşinyanın “Facebook” səhifəsində yerləşdirdiyi “Russia today” kanalına verdiyi müsahibənin bir hissəsi də bu cür fikirləşməyə əsas verir.
Ermənistan baş naziri söylədiklərini vurğulamaq üçün həmin müsahibəyə əlavə olaraq bir səs yazısı da yayımlayıb.
“Mənim “Russia today”ə müsahibəmin elanı: Ümid edirəm ki mənim sonda dediklərim aydın olub. Bunun heç bir zaman baş verməyəcəyini deyəndə, mən, baş nazir vəzifəsini itirmək perspektivindən qorxmadığımı ifadə edirəm. Mən nəticədə vəzifəmi itirməli belə olsam, öz missiyamı sonuna kimi yerinə yetirəcəyəm” – Paşinyan səs yazısında bildirib.
O, müsahibəsində Qarabağ klanına qarşı siyasətini açıq göstərir.
“Düzdür biz Serj Sarkisyanla faktiki qonşuyuq, amma heç bir zaman münasibətdə olmamışıq” – o bildirib.
Beləliklə riskli olsa da, bu addım Qarabağ klanına etiraz edənlərin maraqlarına hesablanıb.
Baş nazirin yeni həmləsi onun mövqeyini daha da möhkəmlədə bilər.
Paşinyanın hakimiyyətə gəlişinin də məhz analoji səbəbdən baş tutduğu da heç kimə sirr deyil.
Qeyd edək ki, bundan əvvəl Ermənistan baş naziri Nikol Paşinyan, növbədənkənar parlament seçkilərinin keçirilməsinin onun siyasi komandası üçün prioritet olduğunu söyləyib. Həmçinin o, bunun il ərzində baş tutacağını vurğulayıb.
Əvəz ZEYNALOV