Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
09:43 | 17 iyun 2018 | Bazar
Məqaləyə 1362 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanda keçmiş hakim partiyadan deputat, “Yerkrapa” yarımhərbi təşkilatının rəhbəri, oliqarx və general-leytenant Manvel Qriqoryanın, eyni zamanda “Don Pipo” ləqəbli məşhur kriminal avtoritet Artur Asatryanın həbsi baş nazir Nikol Paşinyanın Serj Sərkisyanın qurduğu kriminal-oliqarx rejiminə qarşı hücuma keçdiyini göstərir.
Xəbər verildiyi kimi, Azərbaycan ərazilərinin işğalına başçılıq edənlərdən biri, mülki azərbaycanlılara və hərbi əsirlərə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmış hərbi cani general Manvel Qriqoryan Eçmiədzində “Yerkrapa”nın qərargahında həbs edilib. O, böyük sayda qanunsuz silah-sursat əldə edib saxlamaqda ittiham olunur. General Manvel Eçmiədzin vilayətinin qeyri-rəsmi sahibi hesab olunurdu.
Eyni gündə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Eçimədzində Rusiyadakı erməni mafiyasının xaç atası sayılan “Don Pipo”nu və onun 4 cangüdənini həbs edib. Kriminal avtoritetin cangüdənləri Rusiya vətəndaşlarıdır.
Milli Təhlükəsizlik Xidmətinin Eçmiədzində xüsusi əməliyyatı bu şəhərdə mer Karen Qriqoryanın istefası tələbi ilə keçirilən aksiyaların fonunda həyata keçirilib. Karen Qriqoryan general Manvelin oğludur. Etiraz aksiyalarını isə məhz “Don Pipo”nun təşkil etdiyi bildirilir. Etirazçılar əllərində Paşinyanın portretlərini və Ermənistandakı məxməri inqilabın simvollarını tutmuşdular və Eçimədzinin hökmdarı, feodal Manvelin oğlunun istefasını tələb edirdilər. Etirazçıların arasında “Don Pipo” özü də görünmüşdü, o bildirmişdi ki, şəhərdə ədalətin bərpa edilməsini istəyir.
Lakin “Don Pipo”nun özünü Paşinyanın tərəfində göstərib general Manvelə qarşı çıxması baş nazirin xoşuna gəlməyib və onun həbsinə qərar verilib. Bu həmin “Don Pipo”dur ki, Moskvada ən iri parakəndə ticarət şəbəkələrindən birinin sahibidir, vaxtının çoxunu İtaliyada keçirir, deyilənlərə görə italyan mafiyasının da üzvüdür. Amma ara-sıra Eçmiədzində də olur, onun Ermənistanda da böyük biznesinin olduğu məlumdur. Ötən il Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdə olanda yerli mətbuat onun Eçmiədzində “Don Pipo”nun malikanəsində qonaq olduğunu yazmışdı. Bu ziyafətdə “Don Pipo” özü olmasa da qardaşı Lala Asatryan, bir sıra oliqarxlar Lavrovun qulluğunda durmuşdu.
Ümumiyyətlə, Serj Sərkisyanın hakimiyyəti dövründə erməni kriminal avtoritetlər hakimiyyət sisteminə çox sıx inteqrasiya edib . Onların bəziləri Ermənistan diplomatik pasportu gəzdirirdilər və diplomatik nömrə nişanlı maşınlara minirdilər. Serj Sərkisyanın qardaşı da daxil olmaqla oliqarxlar kriminal avtoritetlərlə ortaq biznes qurmuşdular.
General Manvelin başçılıq etdiyi “Yerkrapa” yarımhərbi könüllülər təşkilatı isə Ermənistanda hakimiyyəti ələ keçirmiş Qarabağ klanının əsas dayaqlarından hesab edilirdi. Belə görünür ki, Paşinyan “Yerkrapa”nın da hakimiyyət üzərində söz sahibi olması ənənəsinə son qoymaq istəyir. Bu baxımdan Ermənistanda səs-küylü həbslərin hələ davam edəcəyi şübhəsizdir.