Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
17:22 | 19 iyun 2018 | Çərşənbə axşamı
Məqaləyə 2538 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistan polisi general Manvel Qriqoryanın arvadı Nazik Əmiryanın iki avtomobil dolu mal əti konservini aradan çıxarmaq cəhdi barədə məlumat yayıb. Məlumata əsasən Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsininin əməkdaşları Yerevanın Taronts küçəsində üzərində “Əsgər payı. Satış üçün deyil” markalanması olan 2980 qutu mal əti konservi ilə yüklənmiş “UAZ” və “Qaz” avtomobillərini saxlayıblar. Maşınların sürücüləri - “Yerkrapa”nın üzvləri bildiriblər ki, konservlər maşına iyunun 16-da general Manvelin arvadı Nazik Əmiryanın əmri ilə yüklənib. Həmin vaxta qədər konservlər “Yerkrapa”nın Yerevanın Arşakunyats prospektində yerləşən binasında saxlanılıb. Məsələ araşdırılır.
Xatırladaq ki, Manvel Qriqoryanın malikanəsində axtarış zamanı böyük miqdarda silah-sursatla yanaşı 2016-cı ilin aprelində Qarabağda erməni əsgərləri üçün toplanmış yardımlar, o cümlədən Müdafiə Nazirliyi tərəfindən orduya göndərilən ərzaqlar aşkar edilib. Azərbaycan ərazilərini işğal edənlərin başçılarından olan general Manvelin bu rəzilliyi Ermənistan cəmiyyətini sarsıdıb.
Ötən gün KİV-lər Manvelin arvadının bu rüsvayçılığa dözməyərək intihar etdiyi yazıb. Amma Nazik Əmiryan sosial şəbəkələrdə videomüraciətlə çıxış edərək bu məlumatı yalanlayıb.