
Rusiya və İranın “TrampƏzuR” dərdi
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
Fars-molla rejimi Pezeşkianı hədəfə alıb
Pezeşkian: “Tehranda su yoxdur, ...”
“Prezident səlahiyyətlərinin valilərə verilməsi” adı altında ölkənin hərbi-siyasi strukturuna tam nəzarətin qurulması
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
Pentaqon İranı vurmağa hazırlaşır?
Tramp: “Çox kədərli bir vəziyyətdir”
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
Azərbaycan nə uddu?
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
İran Türkiyənin müdafiəsinə qalxdı
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
Nazarbayevdən müjdə
İranın 29 il öncə vəfat edən dini lideri Ayətullah Ruhullah Xomeyninin nəvəsi Əli İrşakinin həyat yoldaşı və iki qızı ilə çəkdirdiyi şəkil ölkədə ən çox müzakirə olunan məsələyə çevrilib.
Buna səbəb İrşakinin qızı Yasəmənin qolundakı bəbir naxışlı çanta olub.
İranlı jurnalistlərin araşdırmalarından sonra bəlli olub ki, çanta İtaliyanın “Dolce & Gabbana” brendinə məxsusdur. Çantanın qiyməti isə 3 min 799 dollardır.
Çantanın qiyməti və İrşaki ailəsinin şəkili “#IranRegimeChange” (İranda rejim dəyişikliyi) həştəqi ilə minlərlə istifadəçi tərəfindən paylaşılıb. Paylaşımlarda qeyd olunub: “Xomeyni ailəsindən olanlar lüks həyat tərzi keçirərkən, İranın böyük əksəriyyəti kasıblıq həddində yaşayır. İranın elit təbəqəsi ilə xalq arasında böyük uçurum var”.
Bu hadisələrdən sonra Yasəmən “Snapchat”dan paylaşdığı şəkildə çantanın saxta olduğunu bəyan edib: “Xəbərlərdə qeyd olunan qiymətin yüzdə birini verin, çantanı sizə verim”.
Qeyd edək ki, İşraki ailəsinin lüks həyat tərzi ilə bağlı aparılan ilk araşdırma Yasəmənin “Dolce & Gabbana” çantası deyil. Bundan öncəki araşdırmalarda Əli İrşakinin həyat yoldaşının istifadə etdiyi “Burberry” marka çantanın 1090 funt-sterlinq qiymətə olduğu bilinmiş və böyük tənqidlərə məruz qalmışdı. Belə olduğu təqdirdə Yasəmənin çantasının saxta olmasına heç kim inanmaq istəməyib.