Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
12:16 | 7 avqust 2018 | Çərşənbə axşamı
Məqaləyə 1929 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan real iqtidar olduğu 3 ayda uzun illər ölkədə ağalıq edən Qarabağ klanına ardıcıl sarsıdıcı zərbələr endirməkdədir.
İyunun 19-da general Manvel Qriqoryanın həbsi ilə başlayan kampaniya hazırda ikinci prezident Robert Köçəryanın saxlanılması ilə davam edib.
Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu da həbs etmək istəyirdi, lakin Kremlin təkidli bəyanatlarından sonra geri çəkilməli oldu.
Şübhəsiz ki, sonuncu həbslər çox böyük qalmaqala səbəb oldu. Belə ki, istər Köçəryanın, istərsə də Xaçaturovun Kremllə sıx əlaqələri var. Xaçaturovun Rusiyanın NATO-ya qarşı yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədr səlahiyyətlərini icra etməsi hadisəyə dövlətlərarası qalmaqal statusu verdi.
Hər iki vəzifəli şəxs, həmçinin hazırda beynəlxalq axtarışa verilən keçmiş müdafiə naziri Mikael Arutunyan 2008-ci ilin martında prezident seçkilərindən dərhal sonra müxalifətin seçkilərin nəticələrinə qarşı təşkil etdiyi etiraz aksiyasına güc tətbiq etməkdə ittiham olunur.
Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan Robert Köçəryanın 2008-ci il fevralın 28-də fövqəladə hal elan etdiyi zaman 0038 saylı məxfi əmrə qol çəkdiyini bildirib. Tam mətni ictimaiyyətə açıqlanmayan həmin göstərişdə yüksək psixoloji durumu ilə seçilən zabitlərə tabel tapançalarının paylanması və eks-prezident Levon Ter-Petrosyanın tərəfdarlarına qarşı güc tətbiq edilməsi barədə göstəriş var idi. Məhz məxfi göstəriş əsasında martın 1-dən 2-nə keçən gecə Yerevanın mərkəzində müxalifətin qurduğu çadırlar dağıdılmış, 8 mitinq iştirakçısı və 2 Daxili Qoşunun hərbi qulluqçusu ölmüşdü.
Burada haşiyəyə çıxaraq onu da vurğulamaq lazımdır ki, Ermənistan iqtidarındakı hazırki personajlar məhz 2008-ci il seçkilərində məğlub olan və repressiyalara məruz qalan eyni şəxslər idi. Onlar arasında hazırki baş nazir Nikol Paşinyanın da adını çəkmək lazımdır. Həmin hadisələrdən sonra 2,5 il həbs yatan Paşinyan bir növ opponentlərindən indi qisas alır.
2008-ci ilin 1 mart hadisələri faktiki olaraq hakimiyyətin Robert Köçəryandan Serj Sərkisyana ötürülməsi əməliyyatı idi. Və aydın məsələdir ki, Sərkisyan da 0038 saylı məxfi əmrdən xəbərdar idi. Bu isə onu da qarşıdakı cinayət işlərində əsas hədəflərdən birinə çevirə bilər.
Təsadüfi deyil ki, Serj Sərkisyan müalicə almaq adı ilə ölkəsini tərk edərək İtaliyaya gedib. Müalicə səbəbinin bir bəhanə olduğunu nəzərə aldıqda və son 1 ayda keçmiş prezidentin qardaşı oğlunun həbsini, digərinin axtarışa verilməsi faktını diqqətdə saxladıqda onun həbs qorxusundan Avropaya qaçdığını söyləmək olar.
Qarabağ klanının digər üzvü, keçmiş müdafiə naziri Seyran Ohanyanın da bu gedişlə həbs olunacağı gözlənilir. Çünki o, 2008-ci ildə Ermənistan ordusunun Baş qərargah rəisi idi.
Bütün bu hadisələr fonunda Moskvanın mövqeyinin necə olacağı maraq doğurur. Çünki baş verən inqilaba rəğmən, ölkənin bütün siyasi və iqtisadi gücü məhz Moskvanın əlində cəmləşib.
Vüqar İSMAYILOV