Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
16:55 | 29 avqust 2018 | Çərşənbə
Məqaləyə 2412 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistanın ikinci prezidenti və baş nazir Nikol Paşinyana qarşı cəbhənin liderinə çevrilməyə başlayan Robert Köçəryan siyasətə gəlişi barədə cavab mesajı verib.
Ermənistan mətbuatı xəbər verir ki, Köçəryan Paşinyanın “ikinci prezidentin siyasi arenaya qayıtmaq şansı yoxdur” mesajına cavab olaraq “mən artıq qayıtmışam” bəyanatını verib.
O, həmçinin İrəvanın bu gün sahib olduğu bütün gözəlliklərinin onun prezidentliyi vaxtında yaradıldığını vurğulayıb.
“Mən on il hakimiyyətdə olmuşam. Bu on il ərzində Ermənistanda ÜDM 5 dəfə, büdcə isə 8 dəfə artıb. Bu siz Yerevanda maraqlı, rekonstruksiya olunmuş nə görürsünüzsə, bu illərdə tikilib. Mən 10 il siyasətdən kənarda qalmışam. Yəqin ki çox insanlar bunu xatırlamır. Biz bu barədə xatırladacağıq”, – Köçəryan bəyan edib.
O həmçinin üçüncü prezident Serj Sərkisyanı tənqid edərək, onun Konstitusiya reformalarının tərəfdarı olmadığını qeyd edib.
“Mən hələ o vaxt bu islahatların ictimai tənqidi ilə çıxışlar etdim. Və təbii ki o, baş nazir kreslosuna oturaraq hakimiyyəti saxlamağa çalışmamalı idi”, – Köçəryan bildirib.
O, jurnalistlərin partiya və ya koalisiya yaratmaq barədə sualına cavab olaraq isə müxalifət rolunda çıxış edəcəyini qeyd edib.
“Mən məsələni çox açıq şəkildə qoymuşam. Mən günümüzün problemlərini görən insanlar üçün çox ciddi mərkəz ola biləcəyimi başa düşürəm”, – deyə söyləyib.
Köçəryan baş nazir Paşinyanın siyasətini tənqid edərək onu məsələyə qeyri ciddi yanaşmaqda ittiham edib.
“Mən sitat gətirirəm bu zarafat deyil. Konstitusiyamızda meydanların xalq hakimiyyətinin ən yüksək orqanı olması ilə bağlı məsələ yoxdur. Hazırda Ermənistanda baş verənlər coşqun bir populizmdir. Nəticədə düşünürəm ki, bu, ölkəni uzun müddət inkişafdan saxlayacaq. Mən hətta düşündüm ki, yəqin elektrik enerjisinin qiyməti, kommunal xidmətlər, təqaüdlər, maaş, vergi kodeksi də bu meydanda müzakirə olunacaq. Bu, təkcə təcrübə azlığı deyil. Bu, həm də dövlətin idarə mexanizminin və hakimiyyət bölgüsünün nə demək olduğu barədə anlayışın olmaması deməkdir”, – deyə vurğulayıb.
Köçəryanın sözlərinə görə hazır ki. “inqilabçı eyforiya” uzun müddət tap gətirə bilməyəcək.
Sonda isə o, digər ölkələrdəki inqilabları və bunun həmin ölkələrə yaşatdığını xatırladaraq xalqı inqilabdan çəkinməyə çağırıb.
“Siz inqilabdan sonra hər hansısa bir dövləti misal gətirə bilərsinizmi ki, insanların yaşayışı yaxşılaşsın? Bəlkə bu Misirdir, bəlkə Tunis, Suriya, Livan? İnsanların həyatı dəfələrlə pisləşib. Bəlkə bu Ukraynadır? Ərazilərinin itirilməsi ilə yanaşı insanların da həyatı pisləşib. Bəlkə Gürcüstan? Ərazi itkisi. Mənə istənilən bir nümunə gətirin. Mən səbəb görə bilmirəm ki, niyə bizdə yaxşı olmalıdır”, – deyə Köçəryan söyləyib.
O həmçinin, yenidən baş nazir olmaq barədə sualdan da yayınıb və gələcək haqda danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Köçəryanın Ermənistandakı Rusiya yönümlü elektoratı öz ətrafına yığacağı bildirilirdi. Həmçinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də payızda Rusiyanın Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu çıxaracağını söyləyib.
Əvəz ZEYNALOV