
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Kiyevin mərkəzində qanlı döyüşlər davam edir. Maydan müxalifətin nəzarətində olsa da artıq hakimiyyət və müxalifətçilər arasında küçə döyüşləri baş meydana yaxınlaşır. Küçələrdə onlarla ölü və yaralı olduğu bildirilir.
Təcili tibbi yardım maşınları hələlik ancaq yaralıları xəstəxanalara çatdırmağa səy göstərir. Çünki hökumət qüvvələri həkimlərin müxalifət tərəfdarları olan küçələrə keçməsini əngəlləyir. Gələn xəbərlərə görə, günorta saatlarında Maydana yaxın ərazidə Təcili Tibbi Yardım maşınının atəşə tutulması nəticəsində 1 həkim, sanitar və sürücü yaralanıb. Yaralıları ərazidəki müxalifətçilər şəhər xəstəxanalarından birinə çatdırıb.
Maydanın hökumət binaları istiqamətindən girişində yerləşən «Ukrayna» otelinin qarşısı meyitlərlə doludur. Unian.net-in verdiyi xəbərə görə, bir neçə saat öncə küçə döyüşlərində öldürülən daha 13 nəfərin meyiti otelin önünə gətirilib.
Ukraynanın yerli qaynaqları Avromaydan təmsilçilərinin bir sıra hökumət binalarını, o sıradan Dövlət Teleradio Şirkətinin binasını tutduğunu yazır. Verilən xəbərlər sırasında bir sıra hakimiyyət təmsilçilərinin müxalifətçilərə qoşulduğu da var. Səhər saatlarında Daxili Qoşunların onlarla əsgəri silahlarını müxalifətçilərə verərək könüllü əsir düşüblər.
***
14.25
«Pravıy sektor» hərəkatı və Maydanın özünümüdafiə qüvvələri atəşkəs razılığına hazır olduqlarını deyirlər. Onlar bunu milisin atəşi dayandırması və parlamentin prezident səlahiyyətlərinin artırılmasını ləğv etməsi şərti ilə edəcəklərini bildiriblər.
14.24
Kiyevin bir sıra əsas küçələri yol polisi tərəfindən bağlanıb. Daxili işlər naziri şəhər mərkəzinə gedən yolları bağlayıb və əhalini qarşıdurma yerlərinə hərəkət etməyə çağırıb.
14.04
Kiyev şəhər administrasiyasının rəhbəri Vladimir Makeyenko hakim Regionlar Partiyasının sıralarından çıxmaq qərarını aldığını və şəhərin idarəsini öz şəxsi məsuliyyətinə götürdüyünü bildirib.
13.52
Daxili İşlər Nazirliyi milis və «Berkut»un kütləvi şəkildə nümayişçilərin tərəfinə keçməsi haqda məlumatın şayiə olduğunu deyir.
12.56
Son məlumata görə, son gün ərzində baş verən qarşıdurmalar nəticəsində 40-a yaxın insan öldürülüb. Onlardan 10-nun polis olduğu bildirilir.
12.44
«Alfa» xüsusi təyinatlı dəstələrinin tam hazırlıq vəziyyətində Kiyevdə toplanıb.
12.36
Daxili İşlər Nazirliyi xəbərdarlıq edib ki, hüquq mühafizə orqanları silahlı «ekstremistlərə» atəş açacaq.
12.09
Kiyev Maydanında yenidən toqquşmalar başlayıb. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, etirazçılar daxili qoşunların əsgərlərini Həmkarlar İttifaqı binasından Avropa meydanına doğru sıxışdırırlar.Aksiya iştirakçılarının daş parçaları və “Molotov kokteyli” atdıqları bildirilir.
Artıq əraziyə təcili tibbi yardım briqadaları çağırılıb. Buna səbəb toqquşmalar zamanı yaralananların olmasıdır.
11.26
Maydanda Avropaya inteqrasiya tərəfdarları toplaşmaqda davam edirlər. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, hazırda sakitlik hökm sürür.
Dövlət Yol İnspeksiyasının əməkdaşları Maydana gedən yolları bağlayıb. Milis əməkdaşlarında odlu silah var.
Bu gün müxalifət liderlərinin prezident Viktor Yanukoviçlə danışıqları davam etdiriləcək.
Digər məlumata görə, deputatlar Ali Radadan təxliyə olunur. Deputat Vladimir Litvin bildirib ki, deputatlar və parlamentin əməkdaşları binanı tərk edirlər.
Həmçinin etirazçıların Ukrayna Evini ələ keçirdikləri və güc strukturları təmsilçilərinin oradan qaçdığı bildirilir.
“Senzor.net” saytı isə snayper tərəfindən etirazçılara atəş açdığı barədə xəbər yayıb. Xəbərə görə, “Kozatski” oteli yaxınlığında 5 meyit var.
Kiyevdə daxili qoşunların onlarla əsgəri Maydanın özünümüdafiə qüvvələrinə təslim olub. Onlar təhlükəsizlik təminatı aldıqdan sonra bu addımı atmağa razılıq veriblər.