Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
21:35 | 6 sentyabr 2018 | Cümə axşamı
Məqaləyə 1238 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistanda məmurlar və həm yerli, həm də ermənilərin təsiri altında olan Rusiya KİV-ləri üçün hazırlanmış təlimatlar fəal şəkildə yayılmaqdadır. Səbəb isə Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskinləşməsidir.
Məlum olduğu kimi, sentyabrın 8-də Kremldə Rusiya prezidenti ilə Ermənistan baş nazirinin görüşü keçirilməlidir.
Ekspertlərin fikrincə, görüşdə Paşinyanı kifayət qədər sərt gündəlik gözləyir – Robert Köçəryan barəsində cinayət işi, KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi ilə əlaqədar təşkilatın gözdən salınması cəhdi. Onların hər ikisi hazırda azadlıqdadır və Putinin zəngindən sonra Köçəryana ölkəni tərk etməyə icazə verilib. Lakin cinayət işləri bağlanmayıb.
Ermənistanlı şərhçi Arman Vaneskegyan hesab edir ki, siyasi izləmələr bundan sonra da davam edəcək. “Nikol Paşinyan əvvəlcədən yalnız müvəqqəti hökumətə başçılıq edəcəyini vəd etsə də, inzibati resurslardan öz xeyrinə istifadə etməkdən vaz keçə bilmədi”, - ekspert bildirib.
Nəzərə alsaq ki, Putinin ad günü təbrikindən sonra Robert Köçəryana ölkədən çıxmağa şərait yaradılıb, ona qarşı hər hansı təhlükənin olacağını gözləmək çətindir. Deyilənə görə, o, Ermənistanı “müvəqqəti” tərk edib.
Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Amayak Ovanisyanın sözlərinə görə, Putin nümayiş etdirir ki, Rusiya sınaqdan keçmiş dostlarını hər cür dəstəkləmək niyyətindədir.
Avqustun sonunda Ermənistanın Nazirlər Kabineti təlimat dərc edib ki, həmin təlimata görə, dövlət məmurları KİV-lərə müsahibə verərkən hökumətin rəsmi xəttinə uyğun mülahizələr yürütməlidirlər.
Təlimatda Rusiyada yaşayan erməni politoloqlara tövsiyə olunur ki, müsahibələrində KTMT baş katibinin həbsinin və mümkün dəyişikliyinin Ermənistanla Rusiya arasında münasibətlərə xələl gətirməyəcəyi yönündə şərh etsinlər.
Bunun Ermənistan-Rusiya münasibətlərinin yaxşılaşmasına bir təsiri olacaqmı? Çətin ki. Bu barədə “Sputnik”ə müsahibəsində Robert Köçəryan da deyib. “Düşünürəm ki, hakimiyyət hər fürsətdə münasibətlərin yüksək səviyyədə olmasından danışırsa, problemlər mövcuddur. Normal halda hər dəfə bunu yada salmağa nə ehtiyac var? Mənə belə gəlir ki. Ermənistan hökuməti regiondakı vəziyyəti lazımınca qiymətləndirə bilmir”, - keçmiş prezident deyib.
O qeyd edir ki, Ermənistanda hakimiyyətə gəlmiş insanlar uzun illər ərzində Rusiyanın, Ermənistanın Avrasiya Şurasında üzvlüyünün, Rusiya bazasının ölkə ərazisində mövcudluğunun əleyhinə çıxışlar ediblər. Bütün bunları bir gün içində necə dəyişmək olar – bunu təsəvvür etmək çətindir. “Az qala bütün komanda əvvəllər tamamilə fərqli geosiyasi yanaşmanı dəstəkləyən insanlardan ibarətdir. Onların, demək olar ki, hamısı bu və ya digər mənada qərb strukturları, qrantlarla bağlı olublar”, - Köçəryan vurğulayıb.
Nair ƏLİYEV