Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
09:54 | 21 fevral 2014 | Cümə
Məqaləyə 2317 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Ölkədə yanacaq qıtlığı dərinləşir
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Krım Muxtar Vilayəti parlamentinin bu gün saat 12-yə təcili növbədənkənar iclası çağırılıb. Bunu «Axar.az»a eksklüziv açıqlamasında parlament üzvü Refat Cubarov deyib.
O, bu barədə parlamentin müvafiq şöbəsindən məlumat aldığını bildirib. Cubarov parlamentin belə təcili iclas çağırmasına həyəcanını ve qorxusunu gizlətməyib: «Zəng edən protokol şöbəsindən nədən belə tələsik iclas çağırılması ilə bağlı verdiyim sual cavabsız qaldı. Sadəcə dedilər ki, parlament sədri Vladimir Konstantinov səhər saatlarında Moskvadan dönəcəyi və bir neçə saatdan sonra iclas keçiriləcəyi təlimatını verib. Odur ki, deputatları təcili çağırmamızın kökündə bu amil dayanır. Sonra mən həmkarım Leonid Pilunskiyə telefon zəngi açdım, o da belə tələskənliyə təəccübünü gizlətmədi. Biz birlikdə məsələnin mahiyyətini araşdırmağa başladıq. Dərhal parlament sədrinin müavini Qriqori Yoffeye zəng etdik. O isə məsələni təfsilatı ilə bizə anlatdı. Sualla bizə anlatdı ki, bəyəm bilmirikmi 6 nəfər krımlı Kiyevde dünyasını dəyişib. Yoffe bu olaylardan sonra Krımın Ukraynanın tərkibində qalmasının mümkünsüzlüyünü dedi. Ukraynadakı vəziyyət səsə qoyulacaq. Mən və dostum Leonid Pilunski buradan bütün dünyaya səslənirik. Həyacan təbili çalırıq. Parlamentin bu separat addımının qarşısını alsınlar. Əks halda onsuz da gərgin durumda olan vilayətdə hər şey fəlakətə çevriləcək». Qeyd edək ki, bir müddət öncə Krıma «boz kardinal» ləqəbli Vladimir Surkov gizli səfər etmişdi. V.Putinin nümayəndəsi olan V.Surkov burada muxtariyyətin rəhbərliyi ilə gizli danışıqlar aparmışdı.