Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
17:22 | 25 aprel 2019 | Cümə axşamı
Məqaləyə 1952 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın məhkəmə qərarlarının məcburi icrası Xidmətinin keçmiş rəisi, ədliyyə generalı Miqran Poqosyan Rusiyadan siyasi sığınacaq istəyib.
Erməni KİV-ləri xəbər verir ki, Poqosyan Ermənistan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi və bu günlərdə onun Moskvada tutulduğu məlum olmuşdu. Rusiya tərəfi Poqosyanın ekstradisiyası ilə bağlı müraciətə baxarkən erməni general ölkəsinə verilməməsi üçün siyasi sığınacaq istəyib.
Miqran Poqosyanın adı “Panama sənədləri”ində açıqlanmışdı və onun xaricdə biznes aktivlərinin olduğu üzə çıxmışdı. Onun Rusiyadan sığınacaq istəməsi Ermənistanda fərqli reaksiyalara səbəb olub. Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri, hazırda korrupsiya ittihamı ilə istintaq altında olan David Sanasaryan Facebook-da yazıb: “Hər yoldan ötən cinayətkara və ağzının suyu axana general rütbəsi verəndə belə biabır olmalıydıq. Ciddi zabit mədəniyyətinə malik ölkələrdə general rütbəsi daşıyanlar hətta işgəncə altında başqa ölkələrdən siyasi sığınacaq istəməzlər, öz ölkələrinə təslim olarlar ki, poqonlarını daşıdığı institutun divarları əlçatmaz olsun. Hərçənd Poqosyan kimiləri üçün şərəf yad anlayışdır”.
Parlamentin iqtisadi məsələlər komissiyasının rəhbəri Babken Tunyan isə deyib ki, ölkənin keçmiş yüksək rütbəli şəxsinin, dövlət sirlərinə çıxışı olan generalın başqa ölkədən siyasi sığınacaq istəməsi yaxşı hal deyil. Və o, vətəndaş kimi buna neqativ baxır. “Habelə vətəndaş kimi mən Miqran Poqosyanın necə general olduğuna da təbəssümlə baxıram”, - o bildirib. (Virtualaz.org)