
“Rəngli inqilab”ların köhnəlmiş ssenarisi
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
Qazi adı ilə pərdələnən siyasət biçarələri – onlar yenə fəallaşıblar
Tofiq Yaqublu: “Hətta Arif Hacılının katibəsi də Müsavat Məclisinə seçilib”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi
Araz Əlizadə: «Sözləri varsa, üzümə desinlər»
Mühacir jurnalist partiya üzvü olan gəncə qarşı dələduzluq edib; işin içində turizm şirkəti də var
Prezidentliyinə əsas namizəd İbrahim Raisinin Azərbaycanda mülkiyyəti var
Əli Kərimlinin müşavirinin oğlu başda olmaqla partiya üzvləri məşhur jurnalisti təhdid və təhqir edib
...millətin enerjisini mənasız mübahisələrinizə xərcləməyin
Deputat Araz Əlizadəyə şapalaq kimi cavab
«Araz Əlizadə ağlını itirib»
Bütün xarici təsir və təhdidlərə baxmayaraq, ölkəmiz öz inkişaf yolu ilə uğurla addımlayır
Araz Əlizadə Fazil Mustafadan üzr istədi
Araz Əlizadə: «Nuru paşa Gəncədə oturmuşdu, qızıl tələb edirdi»
Müsavat Partiyasının Divan üzvü, sabiq deputat İkram İsrafilin Adalet.az-a müsahibə vetib. Müsahibədə maraqlı fikirlərlə yanaşı Araz Əlizadəyə cavab da yer alıb. Həmin müsahibəni təqdim edirik.
- İkram bəy Müsavatın digər siyasi partiyalarla geniş miqyaslı əməkdaşlıq danışıqları hansı səviyyədədir?
- Müsavat Partiyası digər partiya, təşkilat və qurumlarla danışıqların birinci raundunu başa vurub. Növbəti mərhələ danışıqlar zamanı ortaya qoyulan təkliflərin həyata keçirilməsidir ki, buna hazırlıq işləri həyata keçirilir.
- Bu dəfəki əməkdaşlıq siyahınızda hansı partiyalar var?
- Hazırda partiyamızda hansısa digər partiyalarla əməkdaşlıq barədə müzakirə getmir. Ancaq istisna deyil ki, yaxın zamanlarda bu müzakirələr olsun.
- Qarşıdan partiyanın qurultayı gəlir. Siz başqanlığa namizədliyinizi verəcəksiniz?
- Bu barədə indidən qəti fikir bildirmək istəmirəm. Zamanımız var və bu zaman imkan verəcək ki, mövqeyimi qətiləşdirim.
- Bir zamanlar bir yerdə olduğunuz Rəsul Quliyev Müsavatın ünvanına sərt ittihamlar səsləndirir. Bununla bağlı hüquqi çərçivədə hər hansı iş aparacaqsınız?
- Bilirsiniz, Rəsul müəllim mənim üçün o adamdır ki, kefim pozulanda ya Şəki lətifələri, ya da Rəsul müəllimin yazdıqlarını oxuyuram və kefim yerinə qayıdır. Ona görə hətta partiyada belə təklif olsa da (hazırda yoxdur) mən onun əleyhinə olaram.
- İkram bəy yeri gəlmişkən, Araz Əlizadə də Müsavat Partiyasının ünvanına sərt tənqidlər ünvanlayıb. «Müsavatçıdırsa satqındır» deyib.
- Babalarımız müdrikcəsinə belələri üçün deyib, it hürər karvan keçər.
- İndidən Arif Hacılını başqan olacağını, onun martda ABŞ-a səfərinin də bunun üçün təşkil edildiyini deyirlər.
- Hər kəsin kimi başqan görmək istəyinə hörmətlə yanaşıram. Ancaq bunu ABŞ-la bağlamaq həqiqətə uyğun deyil. Müsavata başqan qurultayda partiya üzvləri tərəfindən seçiləcək.
- Müsavatın növbəti qurultayında İsa bəy başqanlıqdan gedəcək ya partiyada hər hansı funksiyanı yerinə yetirəcək? Yəni fəxri başqan kimi.
- Müsavat Partiyasında çoxluğun, o cümlədən mənim fikrim ondan ibarətdir ki, İsa bəy başqan olaraq görəvini davam etdirməlidir. Hətta belə fikirlər də var ki, başqan bizi yarı yolda qoyub gedə bilməz və getməməlidir. Şəxsi fikrim ondan ibarətdir ki, növbəti qurultayımızda bunun mexanizmini qurultay həll edə bilər. Odur ki, əminliklə deyə bilərəm ki, qurultayda çıxacaq qərarlar, dövlətimiz, xalqımız və partiyamız üçün xeyirli və uğurlu olacaq. Buna inanıram və hər kəsi də inamlı olmağa çağırıram.
- Müsavat Partiyası ilə «Ümid», AXCP və ALP kimi partiyalar arasında sular durulmur. Bunun səbəkarı kimdir?
- Müsavat olaraq heç bir partiya ilə suları bulandırmaq və durultmaq kimi qayğımız yoxdur. ALP mənbəyini bullanıq yerdən götürübsə, ona biz yox, Nizami Süleymanovun qurğusu da kömək edə bilməz. AXCP və «Ümid»lə isə fərqlidir, gah durulur, gah bulanır ki, bu da normaldır.