Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:12 | 6 fevral 2022 | Bazar
Məqaləyə 570 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Kreml Ukraynaya gözlənilən müdaxilə ərəfəsində Qərbə xəbərdarlıq etmək üçün “nüvə dəyənəyini” də istifadə etmək niyyətindədir. Bu barədə “The Financial Times” qəzetinin məqaləsində deyilir.
Belə ki, Rusiya özünün strateji nüvə qüvvələrinin hər il keçirilən təlimlərinin vaxtını bu il dəyişdirib və həmin təlimləri fevral ayına təyin edib. Nüvə qüvvələrinin manevrləri NATO və ABŞ-a Moskvanın Ukraynaya hücum edəcəyi təqdirdə situasiyaya qarışmamaq barədə xəbərdarlıq qismində istifadə ediləcək.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş qərargah rəisləri komitəsinin sədri, general Mark Milli və ABŞ kəşfiyyatının rəhbəri Evril Heyns bildirirlər ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın ortalarında başlaya bilər. Bir qayda olaraq Rusiya qitələrarası ballistik nüvə raketlərini tətbiq etməklə nüvə qüvvələrinin təlimlərini payızda keçirir. Amma bu il təlimlər fevral ayına keçirilib. ABŞ hesab edir ki, Rusiya prezidenti Vladimir Putin bu yolla “əzələ oynadır”, ABŞ-ı və Şimali Atlantika alyansını xəbərdar edir ki, Ukrayna ətrafındakı situasiyaya qarışmaq niyyətinə düşməsinlər.
Qəzetin yazdığına görə, bu arada Rusiya Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməyi də davam etdirir. Bir neçə gün əvvəl sərhədə 1200-2100 arası Rusiya xüsusi təyinatlıları yerləşdirilib.
Hazırda Ukrayna boyu cəmləşdirilmiş qoşunların ümumi sayı 100 min nəfərdən çoxdur. Amerikalı analitiklərin fikrincə, bu qruplaşma tammiqyaslı hücum əməliyyatları üçün zəruri olan qoşunların ümumi sayının 70 faizini təşkil edir. Lakin fevralın ortalarında Rusiya qoşunların konsentrasiyasını sürətlə artıra və hücum üçün zəruri qüvvələrin hamısını cəmləşmə rayonlarına yerləşdirə bilər.
Rusiya isə Ukraynaya hücum niyyətinin olduğunu təkzib edir. Məsələn, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Moskvanın belə niyyəti yoxdur. “Rusiya heç kimə hücum etməyə hazırlaşmır, bu bizim maraqlarımıza cavab vermir və sərfəli deyil”, - səfir bildirib. O, Ukraynaya qarşı gözlənilən Rusiya təcavüzü barədə deyilənləri “boş söhbət” və “illüziya” adlandırıb. (virtualaz.org)