Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:52 | 8 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 579 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna ətrafındakı situasiya belə görünür ki, “qaynama nöqtəsinə” yaxınlaşmaqdadır. Belə ki, Rusiya son günlər bu ölkə sərhədlərinə qoşun cəmləşdirilməsi prosesini daha da sürətləndirib və artıq tanklar, özüyeriyən artilleriya qurğuları, o cümlədən 203 millimetrlik “Pion” özüyeriyən haubitsaları sərhədin cəmi 10 kilometrliyində görünüb. virtualaz.org xəbər verir ki, quru sərhədləri ilə yanaşı Ukraynanın dəniz sərhədləri boyu da qüvvələr cəmləşdirilir, Qara dənizə bu gün Rusiyanın bir neçə desant gəmisinin daxil olacağı gözlənilir.
Vəziyyətin bu cür gərginləşməkdə olduğu bir vaxtda TASS məlumat yayıb ki, Kiyev ABŞ-dan təcili olaraq Xarkov ətrafında THAAD raketdən müdafiə komplekslərinin bir neçə divizionunu yerləşdirməyi xahiş edib. Agentlik bu məlumatı diplomatik mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, əgər Kiyevin bu istəyi yerinə yetirilsə kompleksin tərkibinə daxil olan radiolokasiya stansiyası Rusiya ərazisinin əhəmiyyətli hissəsində hava-kosmik məkanını izləyə biləcək.
“Kompleksin tərkibindəki AN/TPY-2 radiolokasiya stansiyası Kiyevə və onun NATO-dakı müttəfiqlərinə Rusiya ərazisinin min kilometrə qədər dərinliklərinə “baxmaq” imkanı verə bilər”, – mənbə deyib.
THAAD (“Theater High Altitude Area Defense”) orta və böyük mənzilli ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Rəsmi Kiyev ABŞ-dan bu komplekslərlə bağlı xahiş etdiyini təsdiqləmir. ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays isə bu xəbəri şərh etməkdən imtina edib. Prays jurnalistlərə bildirib ki, o hipotetik planları şərh edə bilməz. “Mən barəsində danışılmayan addımları şərh edə bilmərəm. Onlar hipotetik addımlardır və baş tutmaya da bilər”, – o deyib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə THAAD sistemlərinin Ukrayna ərazisində yerləşdirilməsinin “destabilizasiyaya birbaşa yol açacağını” bildirib.
Qeyd edək ki, Rusiya Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsi və alyansın Şərqi Avropada 1997-ci il sərhədlərinə çəkilməsi barədə ultimativ tələblər irəli sürüb. Lakin ABŞ və NATO bu tələbləri qəbul etməyib. Rusiya rəhbərliyi bəyan edir ki, Moskva “təhlükəsizlik təminatı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə” cavab addımları atacaq.
Bu arada sosial şəbəkələrdə Rusiya qoşunlarının Ukrayna sərhədlərinin bilavasitə yaxınlığında cəmləşdirilməkdə olduğunu göstərən yeni kadrlar da yayılmaqdadır. Son belə kadrlara əsasən Belqorod vilayətinin sakinləri Ukrayna sərhədlərindən cəmi 15 kilometr məsafədə yerləşən Vesyoloya Lopan dəmir yol stansiyasına 203 millimetrlik “Pion” özüyeriyən haubitsalarını daşıyan eşelonunun daxil olduğunu görüblər. Eşelonda azı 10 belə haubitsa yer alıb. Bu haubitsalar ilk dəfədir ki, Ukrayna sərhədləri yaxınlığında görünür.
Digər kadrlarda isə həmin dəmir yol stansiyasının yaxınlığında, Ukrayna sərhədlərindən cəmi 12 kilometr məsafədə çoxsaylı tankların və özüyeriyən haubitsaların, habelə çoxsaylı hərbçilərin və hərbi yük avtomobillərinin cəmləşdirildiyi görünür. Sakinlər dəmir yol eşalonları ilə texnikanın və canlı qüvvənin gəlməkdə davam etdiyini bildirirlər.
“BlackSeaNews” monitorinq qrupu isə bildirir ki, Rusiya Qara dəniz və Azov dənizində Ukraynaya qarşı gözlənilən müdaxilədə iştirak etmək üçün desant gəmiləri qruplaşmasını cəmləşdirir. Belə ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal və Baltik donanmalarının desant gəmiləri bu gün fevralın 8-də və sabah Qara dənizə daxil olacaq. Ötən bazar günü isə Şimal donanmasının “Marşal Ustinov” raket kreyseri Cəbəllütarix boğazından keçərək Aralıq dənizinə daxil olub. Rusiya donanmasının “Donanma admiralı Kosatanov” və “Vitse-admiral Kulakov” raket kreyserləri də hazırda Aralıq dənizindədir.
Beləliklə, Rusiya Hərbi Dəniz Qüvvələrinin arsenalında olan üç raket kreyserinin hamısı, hansı ki, sovet dövründə onları “təyyardaşıyan qatili” adlandırırdılar, – Qara dəniz və Aralıq dənizindədir. Ehtimal edilir ki, onlar ABŞ-ın Ukrayna ətrafındakı situasiyaya mümkün müdaxiləsini əngəlləmək üçün cəmləşdiriliblər.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Azov dənizinə desant qrupları daşıyan sürətli katerlər apardığı məlum olmuşdu.