
Xəbər saytlarına kiberhücum
İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
Məlumatın düzgünlüyünə şübhə yaransa belə, jurnalistlərə münasibətdə vəziyyət dəyişmir
Bəs həmin qəzetləri kim alacaq?
Jurnalistlər üçün təlimlər başlayıb
40 media resursu cavab gözləyir
3 üsulla idarə olunan sistem 15 ildir peşəkar formaya salınıb
Sənədlər elektron formada qəbul olunur
Çap mediasına dəstək müsabiqəsi
Media mənsubları ipoteka krediti ala biləcək
Əhməd İsmayılov: “Bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açır”
Baş nazir jurnalist vəsiqələri ilə bağlı qərar imzaladı
“Əl-Cəzirə”nin əməkdaşı nələrdən danışacaq?
Media Reyestrinin aparılması qaydaları təsdiq olundu
Prezident İlham Əliyev fərman imzaladı
...Barmaq sayı qədər olan vicdanlıların fərqi
Media nümayəndələri 3-cü bina ətrafında müəmmanın aydınlaşmasına çalışır
Kifayət qədər müxtəlif fikirlərin eşidildiyi və az qala bir ilə yaxın davam edən müzakirələrdən sonra “Media haqqında” Qanun artıq qüvvəyə mindi.
Praqmatik fikirlər də eşitdik, sərt, bəzən barışmaz və amansız iradlar da, hətta təhqirlər, ələsalmalar da... Oxuyub danışanların da səsini duyurduq, “oxumamışam amma ittiham edirəm” ritorikasına köklənmişlərin də.
Reallığın gözünə dik baxan və bu sərt reallığı bizə də açıq şəkildə ifadə edən uzun illərin media adamlarının narahatlığı qanundan daha çox belə bir niyyətin nə dərəcədə səmimi olması ilə bağlı idi. Onlar bir qayda olaraq qanunun maddələrinə yox keçmişin xoş olmayan xatirələrinə istinad edirdilər.
Yəni mediamızın intellektual baqajında nə vardısa, hamısını qanunun müzakirəsi zamanı nümayiş etdirə bildi.
Biz də öz növbəmizdə cavabsız sual buraxmadıq. İşimizin düz və lazımlı olduğuna inanırdıq. Eşitdiyimiz heç bir fikir bizim üçün gözlənilməz deyildi, çünki ondan da sərt fikirləri öz aramızda özümüz səsləndirirdik və saatlarla yox günlərlə sürən bu müzakirələrdə həmin sərt sualların tutarlı cavablarını da özümüz tapırdıq.
Bu qanunla hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?
“Media Qanunu” ilə eyni gündə dövlət jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verdi.
Bu, Azərbaycan Prezidentinin media nümayəndələrinin sosial problemlərinə diqqətinin göstəricisidir.
Dövlət hər hansı öhdəlik qoymadan özünün qulluqçusu, müəllimi, alimi, xüsusi nailiyyətləri olan idmançısı üçün nəzərdə tutduğu imtiyazları media nümayəndəsinə də şamil etdi. Bu, yalnız sosial siyasət deyil, eyni zamanda jurnalist peşəsinin və bütövlükdə medianın nüfuzunun yüksəldilməsinə yönəlmiş addımdır.
Amma unutmayaq, “Media Qanunu” dövlətin media mühitinə yanaşmasının göstəricisidir. Jurnalist üçün ən böyük dəyər onun təmiz reputasiyasıdır, sözünə olan ictimai etimaddır. Bunu jurnalist özü qazanır. Qanun isə öz şərəfli missiyasını yerinə yetirməsi üçün jurnalistin yanındadır.