Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:25 | 12 fevral 2022 | Şənbə
Məqaləyə 682 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
ABŞ və digər Qərb ölkələrin rəsmiləri Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi dəqiq göstərə bilirlərsə, bunun tək izahı var: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Böyük Britaniyanın Rusiyanın dövlət strukturlarında çalışan xəfiyyələri Kremlin planları barədə əldə etdikləri məlumatları Vaşinqton və Londona ötürüblər. Keçmiş kəşfiyyatçı olan Rusiya prezidenti də bunu anlamamış deyil.
Əsasən Qərb ölkələrinin Kiyevdəki səfirliklərini boşaltdıqları və diplomatlarını geri çağırmaları fonunda rəsmi Bakı oxşar addımı ata bilərmi? Əlbəttə, Rusiya-Ukrayna müharibəsi riski böyükdür. Əslində ABŞ və müttəfiqləri vətəndaşlarını təcili Ukraynanı tərk etməyə çağırmaqla Ukraynanı yalnız buraxırlar. Bu heç də Ukraynaya dəstək anlamı daşımır. Vaşinqton heç 1979-cu ildə İranda İslam inqilabı baş verəndə səfirliyində çalışanları təcili geri çağırmamışdı. Halbuki, İranda şah rejiminin yıxılacağını proqnozlaşdıranlar çox idi. Nəticəsi Vaşinqton üçün ağır oldu, Tehrandakı səfirlik basıldı, diplomatlar aylarla girov saxlanıldı. Vaşinqton özü üçün Rusiyanın Ukraynaya hücum edəcəyi tarixi artıq təxmin edib və vətəndaşlarını qorumaq istəyir. Ancaq vətəndaş dediyi şəxslər diplomatlardır, toxunulmazlıq statusuna malikdirlər. Kreml nə qədər ağlını itirib böyük miqyaslı müharibə ilə Ukraynaya müdaxilə edib paytaxt Kiyevə hücuma başlasa da, səfirliklərdən yan keçəcək. Diplomatların geri çağırılması Kiyevin vəziyyətini daha da ağırlaşdırır.
Fikrimcə, iki səbəbdən rəsmi Bakının Ukraynadakı diplomatlarımızı geri çağırması doğru olmaz. Birincisi, Ukrayna tərəfdaşımızdır, dostumuzun ağır günündə onun yanında olmalıyıq. Necə ki, Kiyev İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi, müharibə başlayarsa biz də oxşar siyasətə üstünlük verməliyik. İkincisi, ortada Rusiya amili də var. Əgər rəsmi Bakı digər Qərb ölkələri kimi diplomatlarımızın geri çağırılması təlimatını verərsə, Kremldə bunu Azərbaycanın Qərbin əlinə oynaması kimi yozacaqlar. Buna baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna üçün indiki ağır vəziyyətdə bu ölkədə yaşayan soydaşlarımızı və diplomatlarımızı ehtiyatlı olmaları istiqamətində bəyanatı yerinə düşər.