Ukrayna ordusundan işğalçılara ağır zərbə
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
19:35 | 13 fevral 2022 | Bazar
Məqaləyə 959 dəfə baxılıb
Şriftin ölçüsü
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Zelenskinin Türkiyə səfərinin ardınca XİN rəsmisi Mərkəzi Asiyaya gedib
Gündə milyon barel ixrac edən əsas neft limanlarından birində böyük dağıntı
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
Kiyevdə şənbə günü minlərlə ukraynalı əllərində bayraqlar küçələrə axışaraq, dövlət himnini səsləndirib, Rusiyanın işğalı ilə bağlı narahatlıq fonunda həmrəyliklərini nümayiş ediblər.
“Panika gərəksizdir. Biz birlik olub, müstəqilliyimiz uğrunda mübarizə aparmalıyıq,” tələbə Maria Şçerbenko deyib. Onun sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin günün əvvəlində səsləndirdiyi fikrə bənzəyib.
“Mən sakit olmalıyam. Mən Ukraynanı sevirəm”, Şçerbenkonun əlindəki plakatda yazılıb.
Bəzi insanların əllərində üzərinə “müharibə cavab deyil” yazılan plakatlar daşıyıblar. Digərlərinin plakatlarının üzərində isə xalqı “müqavimət” göstərməyə çağıran şüarlar əks olunub.
Moskvanın dəstəklədiyi separatçıların ölkənin şərqində səkkiz ildir 14 mindən çox ölümü ilə nəticələnən münaqişəni davam etdirdiyi Ukrayna indi də Rusiya tərəfindən geniş-miqyaslı işğal təhlükəsi ilə üzləşir.
Kreml qərb qonşusunun ətrafında 100 mindən çox qoşun cəmləşdirib, şimalında Belarus boyu müharibə oyunları aparıb, cənubundakı Qara dənizdə isə donanma təlimləri keçirib.
Vaşinqton xəbərdarlıq edib ki, istənilən gün müharibə başlaya bilər. Qərb ölkələri diplomatlarını Kiyevdən geri çəkir, vətəndaşlarını isə dərhal Ukraynanı tərk etməyə çağırırlar.
Hətta Kiyev belə Zelenski və bir sıra başqa liderlərin sakit qalmaq çağırışlarına baxmayaraq paytaxtdakı üç milyon sakini evakuasiya etmək planını hazırlayıb.
“Biz qorxmadığımızı göstərmək üçün buradayıq,” iki uşağı ilə birlikdə Kiyevin mərkəzi prospektində yürüşə qatılan Nazar Novoselski bildirib.
“Biz əziz olan azadlığımız uğrunda canımız və bədənimizdən keçəcəyik” - deyə, izdiham dövlət himnindən olan sözləri oxuyub.
Onlar Ukraynada 2014-cü ildə baş verən inqilabdan aylar öncə də kütləvi şəkildə yürüşlər keçirərək bu sözləri oxumuşdular.
2014-cü il inqilabından sonra Kreml Ukraynanın Krım yarımadasını ilhaq etdi və keçmiş sovet respublikasının rusdilli şərq hissəsində qiyamı dəstəklədi.
Moskva ilə Kiyev arasında münasibətlər o zamandan bəri gərgindir. Bu gərginlik izdiham arasında da özünü əks etdirib.
Bir çoxları Qərbin müdafiə alyansı NATO-ya dəstəyini ifadə edib.
Rusiya Prezidenti Vladimir Putin NATO-nun heç vaxt Ukraynaya genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanətləri istəyir, habelə ittifaqın Soyuq Müharibə dövründə Kremlin təsiri altında olan şərqi Avropa ölkələrindən geri çəkilməsini istəyir.
Lakin Ukraynanın yeni konstitusiyasına NATO-ya qoşulmaq vədi daxil edilib və Vaşinqton Kremlin tələblərini rədd edib.
7o yaşlı pensiyaçı Oleksiy Tkaçenkonun əlində tutduğu plakatın üzərində “NATO-ya, dərhal!” sözləri yazılıb.
67 yaşlı həkim Natalia Savostikova isə “Niyə Putin bizə nə edəcəyimizi söyləməlidir?” deyə sual edib.