Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
20:50 | 13 fevral 2022 | Bazar
Məqaləyə 751 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan 141-ci əlahiddə mexanikləşdirilmiş polku Ukrayna sərhədlərinə yeridilib.
Polkun hərbi texnikasının Ukrayna sərhədləri istiqamətində hərəkətini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bu kadrları Rusiyanın Belqorod vilayətinin sakinləri çəkiblər.
“Kadırov polku” formal olaraq “Rosqvardiya”nın tərkibində olsa da əslində Çeçenistan rəhbəri Ramzan Kadırova tabedir. Yayılmış kadrlardan görünür ki, Ukrayna sərhədlərinin cəmi bir neçə kilometrliyində polkun BTR-80 zirehli transportyorlarından, “Tiqr” və “Ural-VV” zirehli avtomobillərindən, habelə digər texnikasından ibarət böyük kolon hərəkət edir. Texnikanın “Kadırov polku”na aid olduğunu onların üzərindəki identifikasiya nömrəsindən müəyyən etmək mümkün olub.
Bildirilir ki, həmin kolonu daha sonra Valuyki rayonunda da görüblər, amma bu dəfə texnikanın üzərindəki identifikasiya nömrələri örtülüb. Valuyki rayonu Ukraynanın cəmi 10 kilometrliyində yerləşir, sakinlər həmin rayonda 50-dən çox texnikadan ibarət hərbi kolonun videokadrlarını çəkiblər.
“Kadırov polku”nun Ukrayna sərhədlərinə göndərilmək üçün Çeçenistandan yola çıxdığını göstərən kadrlar isə sosial şəbəkələrdə hələ bir neçə gün əvvəl yayılıb. Həmin kadrlar Qroznıda çəkilib və bəlli olur ki, polk öz bazasını tərk edərək tam təchizatla yola çıxır.
Xatırladaq ki, Qərb ölkələrinin kəşfiyyatı, o cümlədən ABŞ prezident Co Bayden Rusiyanın fevralın 15-dən 16-na keçən gecə Ukrayna üzərinə hücuma keçəcəyi haqda xəbərdarlıq ediblər. Gözlənilən müharibə ilə bağlı xarici ölkə səfirlikləri Kiyevdən öz əməkdaşlarını təxliyə edir, bir çox ölkələr, o cümlədən ABŞ, İsrail və Avropa ölkələri Ukraynadakı vətəndaşlarını “istənilən yolla, mümkün qədər tez” bu ölkəni tərk etməyə çağırıblar. (virtualaz.org)