Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
14:00 | 14 fevral 2022 | Bazar ertəsi
Məqaləyə 746 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya Milli Qvardiyasının Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan mexanikləşdirilmiş polkunun Ukrayna sərhədlərinə yeridilməsi Kremlin məkrli planından xəbər verir. Məsələ burasındadır ki, Birinci Çeçen müharibəsində millətçi ukraynalılar çeçen mücahidlərinə dəstək verirdilər. Kreml bunu heç zaman unutmadı və həmin günlərin intiqamını millətçi ukraynalılardan almaq üçün üzərlərinə nəzarətindəki çeçenləri göndərir ki, iki xalq qarşı-qarşıya qalsın.
Bu arada, Kiyevdə yaşayan ukraynalı həmkarımdan Ukrayna paytaxtının sakinlərinin əhval-ruhiyyəsinin vəziyyəti ilə maraqlandım. Mənə yaxın tarixdən maraqlı misal gətirdi: “1986-ci ildə Çernobılda atom elektrik stansiyasında qəza baş verəndə Kiyev sakinləri qorxmuşdular, şəhəri müvəqqəti tərk edənlər oldu, ancaq çoxluğun vecinə də deyildi, heç nə olmamış kimi həyatlarını yaşayırdılar. İndi də oxşar durumdur. Əlbəttə, davamlı müharibə söyləntiləri Kiyev sakinlərini narahat edir, ancaq panika yoxdur”. Bu yerdə Kiyevdə taksi sürücüsü ilə dialoqumu xatırlayıram. Ondan Rusiyanın Donbası ələ keçirməsi haqqında nə düşündüyünü soruşduqda cavabı belə olmuşdu: “Donbasda özününkülərdir, ona görə savaşı qazana bilmədik. Ancaq bu tərəfə gəlsələr müqavimət göstərəcəyik, onlara baha başa gələcək”.