Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:12 | 15 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 838 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiya Ukraynanı işğal etmək üçün çoxyönlü plan hazırlayıb. Plana əsasən Rusiya ordusu Krım və Belarus istiqamətindən Ukraynaya girəcək, ardınca ölkənin şərqindən sürətlə Kiyevə irəliləyib Rusiyanın adamını hakimiyyətə gətirəcək və orada oyuncaq rejim quracaq. Bu barədə Britaniyanın “Daily Mail” nəşri yazır.
Plana əsasən Rusiya ordusunun Donbass istiqamətindən Ukrayna ərazisinə daxil olacaq hissələrinin vəzifəsi Ukrayna ordusunun döyüş qabiliyyətli hissələrinin diqqətini özünə cəlb etmək, nəticədə onların Kiyevi müdafiə etmək imkanlarını məhdudlaşdırmaqdır. Plan qoşunların sürətli hərəkətini nəzərdə tutduğundan Rusiya Müdafiə Nazirliyi Kiyevə irəliləmək üçün əsasən yüngül zirehli texnikadan istifadəni nəzərdə tutur.
Qəzetin yazdığına görə, hazırda Rusiyanın Ukrayna sərhədlərinə cəmləşdirdiyi qoşunların miqdarı 130 mini keçir, daha 20 minlik qüvvə isə cəmləşmə rayonlarına hərəkət etmək üçün hazır vəziyyətdə gözləyir.
“Canlı qüvvə və texnikanın cəmləşdirilməsi olduqca narahatlıq doğuran səviyyəyə çatıb. Bunun məqsədi işğaldır. Daha 15 batalyon-taktiki qruplaşması Ukrayna sərhədlərinə doğru yola çıxmağa hazırlaşır”, - qəzetə danışan hərbi qaynaq bildirib. Həmin mənbə deyib ki, qoşunlara dəniz və hava dəstəyi üçün də bütün hazırlıqlar görülüb, Rusiyanın bir çox hərbi birləşmələrində məzuniyyətlər ləğv edilib. Hazırda Rusiya ordusunun təxminən 60 faizinin Ukraynaya hücum üçün hazır vəziyyətdə olduğu bildirilir.
Mənbələr deyirlər ki, prezident Vladimir Putin hücum planının detalları üzərində generallarla müzakirələr aparır. Belarusda cəmləşdirilmiş Rusiya qoşunları Kiyevə cəmi 6 saata çata bilər. “Rusiya qüvvələri Kiyev küçələrində döyüşə girməyi istəmir və məqsəd paytaxtda qansız çevriliş həyata keçirərək Moskvaya sadiq birini hakimiyyətə gətirməkdir”, - digər mənbə belə deyib.
Lakin mənbə deyib ki, Rusiya ukraynalıların öz ölkələrini müdafiə etmək əzmini ciddiyə almır, əslində isə ukraynalılar şiddətli müqavimət göstərə və nəticədə işğal cəhdi qanlı müharibəyə çevrilə bilər. Bu isə hər iki tərəfdən çoxsaylı itkilər deməkdir. (virtualaz.org)