Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
16:47 | 15 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 797 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Rusiyanın Cənub və Qərb hərbi dairələri qoşunları təlimlərdən sonra dislokasiya yerlərinə qaytarmağa başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Cənub və Qərb hərbi dairələrinin bölmələri tapşırıqları yerinə yetirərək artıq dəmir yolu və avtomobil nəqliyyatına yüklənməyə başlayıb və bu gündən öz hərbi qarnizonlarına hərəkətə başlayacaqlar. Ayrı-ayrı bölmələr hərbi kolonların tərkibində təkbaşına yürüş edəcəklər”. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
Bunun ardınca Rusiya Dövlət Duması prezidenti Vladimir Putinə “DNR” və “LNR”nin tanınması xahişi ilə müraciət göndərmək qərarına gəlib. Bu barədə qərar parlamentin plenar iclasında qəbul edilib.
Deputatlar Kommunist Partiyasının hazırladığı sənədi qəbul etdilər. Qərar birbaşa Rusiya Federasiyasının prezidentinə müraciət göndərməyi nəzərdə tutur. Onun lehinə 351 deputat, əleyhinə 16 deputat səs verib, bir deputat bitərəf qalıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu iki hadisəyə münasibət bildirib. “Rusiya prezidenti Vladimir Putin Qərb liderlərindən aldığı müxtəlif xəbərdarlıqlar qarşılığında Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməyə qərar veribsə, Dövlət Duması nədən Donbass separatçılarını tanımaq məqsədilə Kreml sahibinə müraciət edib? Bəllidir ki, Dövlət Dumasında çoxluq Putinin nəzarəti altındadır. Deməli, Dövlət Duması məhz Kremlı sahibinin istəyi ilə “separatçıların tanınması müraciətinin” məhz fevralın 15-də ona təqdim edilməsini təşkil edib. Kreml sahibinin iki məqsədi var. Birincisi Qərbin təzyiqləri qarşısında tam güzəştə getmədiyini göstərməkdir. İkincisi isə Ukraynaya qarşı təzyiqi “separatçıları tanıyaram ha...” formasında davam etdirməkdən ibarətdir.
Putin “demokl qılıncını” Kiyevin başı üzərində saxlayacaq. Onun separatçıları rəsmən tanıması Minsk razılaşmalarından çıxması anlamına gələcək. Putin hazırda bu addımı atmaq istəmir, çünki özü Kiyevdən həmin razılaşmaların yerinə yetirilməsini tələb edir. Ancaq Kreml sahibi “separatçıları tanıya biləcəyi” alətini daima əlində saxlayacaq ki, istənilən an ondan istifadə edə bilsin”.