Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
11:21 | 18 fevral 2022 | Cümə
Məqaləyə 767 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Kreml cümə axşamı bildirib ki, Ukrayna sərhədi yaxınlığında təlimləri başa vuran Rusiya qüvvələrini geri çəkmək üçün vaxt tələb olunacaq. ABŞ və Ukraynanın digər müttəfiqləri isə Rusiya hərbi qüvvələrinin geri çəkilməsinə dair konkret əlamətlər olmadığını deyir.
ABŞ-ın yüksək səviyyəli rəsmisi çərşənbə günü jurnalistlərə bildirib ki, Rusiya bəzi bölmələri öz bazalarına geri göndərməyə başladığını desə də, əslində Ukrayna sərhədinə daha 7000 əsgər əlavə edib.
“Ruslar da son günlər bizim və müttəfiqlərimizin dəfələrlə təklif etdiyi diplomatiya ilə məşğul olmağa hazır olduqlarını bəyan edib. Lakin hazırda əlimizdə olan dəlillər Rusiyanın dialoq və dislokasiya haqda dedilkərinin yalnız sözdə olduğunu, müharibə üçün səfərbərliyi davam etdiyini göstərir”, - deyə, rəsmi bildirib.
Rusiya Ukraynaya müdaxilə etmək planlarını inkar edir və NATO-dan Ukrayna və Sovet İttifaqının digər keçmiş respublikalarının üzvlüyə qəbul etməyəcəyi dair zəmanət istəyir.
Birləşmiş Ştatlar və NATO yanvarın sonunda Rusiyaya məktubla müraciətində olduğu kimi dəfələrlə bu tələbin nəzərə alınmayacağını və böhranın sülh yolu ilə həlli üçün uzun və davamlı diplomatik səylərin gərək olduğunu bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı bildirib ki, Rusiya ABŞ-ın məktubuna yazılı cavabını günün sonunda təqdim edəcək.
Həmçinin cümə axşamı Ukrayna qüvvələri ilə Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi üsyançılar bir-birini atəş açmaqda ittiham edib.
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın zorakılığın alovlanmasından dərin narahatlığını bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “təhlükəsizliyin gərgin vəziyyətində Rusiyanın Minsk razılaşmalarını ciddi şəkildə pozmasını” qınağına çağırıb.