Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
13:47 | 18 fevral 2022 | Cümə
Məqaləyə 748 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna fevralın 18-də bəyan edib ki, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən atəşkəs pozuntularında qəfil artım qeydə alıb. Ordunun hesabatına görə, son 24 saat ərzində atəşkəs 60 dəfə pozulub, bir əsgər yaralanıb. Separatçıların ağır artilleriya, minaatanlar və tankdan istifadə edərək 10-dan çox yaşayış məntəqəsini atəşə tutduğu bildirilir.
“Böyük provokasiya”
Prezident Vladimir Zelenski cəbhə xəttində hökumət qüvvələri ilə separatçılar arasında atışmada kəskin artımı “böyük provokasiya” adlandırıb.
Fevralın 18-də bir bağçanın atəşə tutulduğu, iki dinc sakinin yaralandığı bildirilir. 2014-cü ilin aprelindən Ukraynanın şərqində separatçılarla müharibədə azı 13 min 200 nəfər öldürülüb.
ABŞ-ın Dövlət katibi Entoni Blinken fevralın 17-də BMT-nin Təhlükəsizlik Şurasında deyib ki, Rusiya “müharibə cığırı ilə addımlayır” və Ukrayna ilə sərhəd yaxınlığına qoşun yığmanın səbəb olduğu böhranın yeganə məsuliyyətli yolu diplomatiyadır.
Rusiya qüvvələrin geri çəkildiyini bildirir
Rusiya isə sərhədə 100 mindən çox əsgər yığmasına baxmayaraq, qonşusuna qarşı işğal planı olmadığını deyir.
Müdafiə Nazirliyi fevralın 18-də bildirib ki, sərhəd yaxınlığından tank və digər zirehli texnikanın geri çəkməsi davam edir. Rusiya qüvvələrin hərbi təlimə görə cəmləşdirildiyini deyir.
Moskvanın ilhaq etdiyi Krımdan 10 hərbi təyyarənin çıxarıldığı qeyd edilir.
NATO və bir sıra Qərb ölkələri isə bu məlumatları “saxta” hesab edir, Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi gücünü artırdığını bildirir.
Rusiya ABŞ və NATO-dan təhlükəsizlik qarantiyaları tələb edir. Buraya Ukraynanın qərb alyansına üzvlüyünə qadağa, NATO-nun Mərkəzi və Şərqi Avropaya doğru irəliləməsinin dayandırılması da daxildir.
Lukaşenka Putinlə görüşəcək
Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 18-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bildirib. İki ölkə hazırda birgə təlim keçir. Lukaşenka birgə hərbi qüvvələrlə bağlı “gələcək fəaliyyət”in müzakirə ediləcəyini deyib.
Fevralın 17-də birgə təlimlərin keçirildiyi Asipovitski hərbi sınaq meydançasına səfər edən Lukaşenka Rusiya qüvvələrinin manevrlərdən sonra ölkəni tərk etməyə başlayacağı haqda bir söz deməyib. Ancaq qeyd edib ki, “Belarusda Rusiya hərbi bazaları yaratmağa ehtiyac yoxdur”.
“Qərarlar sabah veriləcək”, – Lukaşenko Putinlə görüşünü nəzərdə tutaraq deyib.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov fevralın 17-də təlimlərin planlaşdırıldığı kimi, fevralın 20-də başa çatacağını deyib. Amma o da Rusiya qüvvələrinin bundan dərhal sonra Belarusu tərk edəcəyini söyləməyib.
NATO-nun şərq cinahı və Ukrayna ilə həmsərhəd Belarusda 30 min Rusiya əsgərinin iştirakıyla təlim keçirilir. Qərb Kremlin əsl niyyətindən narahatdır.
Belarusun Xarici işlər naziri Vladimir Makey fevralın 16-da deyirdi ki, Rusiya qüvvələri təlimlər bitən kimi Belarusu tərk edəcək. Lukaşenko isə deyib ki, Rusiya qüvvələrinin “nə zaman, hansı şərtlərlə, hansı qrafiklə” çıxacağını Putinlə müzakirə edəcək.