Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
12:39 | 19 fevral 2022 | Şənbə
Məqaləyə 1033 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, Rusiya diversantları Donetskdə, separatçıların nəzarətindəki ərazilərdə sosial əhəmiyyətli infrastruktur obyektlərini partlatmağa hazırlaşır. Məqsəd bu partlayışlara görə günahı Ukraynanın üzərinə atmaqdır.
Kəşfiyyat İdarəsi Donetsk əhalisinə müraciət edib ki, evlərini tərk etməsinlər və ictimai nəqliyyatdan istifadə etməkdən çəkinsinlər. Belə ki, Rusiya xüsusi xidmət orqanları bir sıra sosial obyektləri artıq minalayıb və daha sonra partlayışlar törədiləcək.
Xatırladaq ki, Donbassda, təmas xəttində vəziyyət fevralın 17-dən etibarən kəskinləşib. Eskalasiyanın başlamasına görə tərəflər bir-birlərini ittiham edirlər. Şübhə yoxdur ki, təmas xəttində vəziyyətin gərginləşməsi Rusiyanın Ukraynaya qarşı gözlənilən irimiqyaslı hücum planının tərkib hissəsidir, hansı ki, Qərb kəşfiyyatı neçə vaxtdır hadisələrin məhz bu cür inkişaf edəcəyi haqda xəbərdarlıqlar edirdi.
Ötən gün qondarma “Donetsk xalq respublikası”nın rəhbəri Denis Puşilin əhalinin Rusiyaya kütləvi təxliyəsinin başladığını elan edib. Və bu qaçılmaz müharibə təhlükəsiz, Ukraynanın gözlənilən hücumu ilə əsaslandırıb. Hansı ki, yerlərdəki müxbirlər atəşkəsin pozulması hallarının elə də intensiv olmadığını, söhbətin vaxtaşırı olaraq yaranan adi eskalasiyadan gedə biləcəyini deyirlər. Buna baxmayaraq separatçı rejim 700 min qadın, qoca və uşaqların Rusiyaya təxliyəsini başladıb. Üstəlik məlum olub ki, bu barədə əmr hələ təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl, fevralın 16-da imzalanıb.
Rusiya telekanalları Donbassdan “soyqırım təhlükəsi” ilə üzləşən əhalinin necə köçürüldüyünə dair dramatik süjetlər yayır, prezident Vladimir Putin Donbassdan köçürülən əhaliyə təcili dəstəyin göstərilməsinə dair sərəncam verib, bu məqsədlə 5 milyard rubl ayrılıb. Bu gün səhər saatlarına olan xəbərlərə görə 7 mindən çox adam təxliyə olunub.