Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
18:22 | 19 fevral 2022 | Şənbə
Məqaləyə 610 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Şənbə günü erkən saatlarda Ukraynanın şərqindəki Donbas regionunda atışma və minaatanlardan atılan atəşlərin sayı artıb. Ağır bombardman genişmiqyaslı hərbi müdaxilənin yaxında başlayacağına dair narahatlıqları artırıb.
Qondarma Donetsk respublikasının başçısı şənbə günü kişiləri yerli yarı-hərbi qüvvələrə qoşulmaq üçün “hərbi komissarlığa” getməyə çağıran səfərbərlik əmri verib. 18 ilə 55 yaş arasında olan kişilərin Ukraynanın şərqində Rusiya tərəfdarı qondarma respublikanı tərk etmələri də qadağan olunub.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı şənbə günü Donbas regionunda 2015-ci ildə əldə olunan atəşkəsən bəri ən çox pozuntunun qeydə alındığını bildirib.
Qondarma Luqansk respublikasının da daxil olduğu Donbasın bəzi hissələri son səkkiz ildir Rusiyanın de-fakto işğalı altındadır.
ATƏT son iki gündə Luqanskda Donetskdən daha çox pozuntunun qeydə alındığını bildirib, lakin buna baxmayaraq müşahidəçilər Donetsk və ətrafındakı atışmanın son illərdə baş verən ən ağır atışma olduğunu bildirib.
Cümə günü Ukrayna tərəfindən Kremlin kuklası olaraq görülən Moskva tərəfdarı separatçı liderlər yaydıqları videoda vətəndaşların kütləvi şəkildə təxliyəsinə göstəriş verərək, Ukrayna ordusunun hücum planlaşdırdığını bildiriblər – Kiyev isə bu ittihamı qəti şəkildə rədd edir.
Ukrayna rəsmiləri, Qərb liderləri və müstəqil müşahidəçilər deyir ki, videoların ekspertlər tərəfindən təhlil edilən məlumatlarına əsasən, onlar iki gün əvvəl çəkilib. Bu isə Donbasda evakuasiyaların, atışmanın və digər hadisələr, o cümlədən izaholunmaz avtomobil partlayışının Kreml tərəfindən təşkil olunduğunu göstərir.
Onlar Moskvanı Ukraynaya hərbi müdaxilə etmək üçün bəhanə yaratmaqda ittiham edirlər. Kreml rəsmiləri bunu inkar edir. Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və başqa Rusiya diplomatları Qərb liderlərini “isteriya” və “təşviş”də ittiham edir. Şənbə günü Rusiya rəsmiləri Ukraynanın atdığını iddia etdikləri mərminin Rusiya ərazisində Rostov regionunun cənubunda Mityakinskaya kəndində bir evin yaxınlığında partladığını iddia edib.
Qərbin kəşfiyyat rəsmiləri deyir ki, evakuasiya və səfərbərlik əmrləri və artilleriya və minaatanlardan atəşlərin artması ABŞ Dövlət Katibi Antoni Blinkenin bu həftə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında etdiyi xəbərdarlıqlarla uyğun gəlir. O həmin zaman Moskvanı Kremlin təşkil etdiyi və öz qüvvələri və ya vasitəçiləri tərəfindən həyata keçirilən, ancaq Kiyevi günahlandıracağı “saxta bayraq” əməliyyatları hazırlamaqda ittiham etmişdi.
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı ittihamlar irəli sürərək, onları Ukraynada etnik ruslara qarşı soyqırım törətməkdə günahlandırıb.
Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və həmin il Donbasda silahlı vasitəçiləri dəstəkləməsi Kreml tərəfindən onunla izah olunmuşdu ki, onlar etnik rusları müdafiə etməli idilər. Kreml 2008-ci ildə Gürcüstana hərbi müdaxilə etdiyi zaman da eyni bəhanəni irəli sürmüşdü.
Bir zamanlar Moskvada qərargahlanan britaniyalı-amerikalı maliyyəçi və Kremlin tənqidçisi Bill Brouder cümə günü bildirib ki, Kremlin sözçüsü Dmitri Peskov bu həftə “Twitter”də Gürcüstana hərbi müdaxilə ərəfəsində yazdığı eyni sözləri yazıb və Kremlin düşmənlərini “son gündə intensivləşən təxribatçı əməllərə” görə günahlandırıb.
Lakin müstəqil analitiklər və hərbi strateqlər Donbasdakı hadisələrin Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin başlanğıcı olub-olmadığına dair fikir ayrılığı yaşayırlar. ABŞ Prezidenti Co Bayden isə cümə günü Putinin Ukraynaya növbəti günlərdə hərbi müdaxilə etmək qərarına gəldiyinə və Rusiya qüvvələrinin paytaxt Kiyevə hücum edəcəklərinə əmin olduğunu söyləyib.
“Hazırda mən əminəm ki, o qərar verib. Bizim buna inanmaq üçün səbəbimiz var,” Bayden Vaşinqtonda müxbirlərə deyib. Bu ilk dəfə idi ki, Birləşmiş Ştatlar Putinin qəti şəkildə hərbi müdaxilə etməyə qərar verdiyini bildirib.