Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:17 | 20 fevral 2022 | Bazar
Məqaləyə 677 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Ukraynanın Donetski vilayətindəki Rusiyayönümlü separatçıların rəhbəri Deniş Puşilin nəzarət etdikləri ərazidə ümumi səfərbərlik elan edib. Sözügedən videomüraciət şənbə günü yayılıb. Eyni belə bir videomüraciətlə Luqanskidəki separatçıların lideri Leonid Paseçin çıxış edib.
Puşilin nəzarət edilən ərazidə yaşayan və “əllərində silah saxlaya bilən” bütün kişilərə “ailələrini, Donbası və bütün rus xalqını” qorumağa çağırıb. Bundan başqa şənbə günü səhər tezdən özünü elan etmiş respublikanın deputatları da fövqəladə iclasa toplaşıb və Donetskidə səfərbərlik haqqında qərar qəbul ediblər.
Separatçılar bu ərəfədə əhalini Rusiyaya təxliyəsinə başladıqlarını elan ediblər. Rusiya prezidenti Vladimir Putin hər bir qaçqına 10 min rubl (129 dollar) verilməsi barədə göstəriş verib, fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyayan və Rospotrebnadzorun rəhbəri Anna Popova separatçılarla həmsərhəd olan Rostov vilayətinə göndərilib.
Səfərbərlik və təxliyə Donbasda vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda həyata keçirilir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının xüsusi monitorinq missiyası son günlər bölgədə atışmaların intensivliyinin artdığını qeyd edib. ATƏT missiyasının işi ilə bağlı gündəlik hesabatda bildirilir ki, gün ərzində Donetsk vilayətində atəşkəs rejiminin 200-dən çox, Luqansk vilayətində isə 700-ə yaxın pozuntu qeydə alınıb. Bunun üçün separatçılar və Ukrayna ordusu bir-birini günahlandırır. Separatçılar Ukrayna qoşunlarının onların mövqelərinə hücuma hazırlaşdığını iddia edirlər. Kiyev bunu qəti şəkildə rədd edir.
“Ukrainskoy pravde”nın yazdığına görə, cümə günü axşam Ukraynanın işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk separatçıların nəzarətində olan rayonların sakinlərini Kiyevin nəzarətində olan ərazilərə getməyə çağırıb.
“Biz sizi gözləyirik. Biz bütün mümkün şəraiti yaradacağıq ki, yaşamağa eviniz olsun, hiss edəsiniz ki, tək deyilsiniz”, - nazirin müraciətində deyilir.