Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
15:28 | 20 fevral 2022 | Bazar
Məqaləyə 764 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
“Böyük yeddiliyin” (G7 ) xarici işlər nazirləri şənbə günü birgə bəyanat yayaraq, Rusiyanı Ukrayna sərhədlərindən hərbi qüvvələrini çıxarmağa və beynəlxalq öhdəliklərə tam əməl etməyə çağırıb.
Rusiya hərbi qüvvələrinin əsassız şəkildə cəmləşməsi soyuq müharibə dövrü bitdikdən bəri Avropada ən böyük hərbi yerləşdirmədir. Nazirlər bildiriblər ki, bu, qlobal təhlükəsizliyə və beynəlxalq nizama çağırışdır.
“Biz Rusiyanın Ukrayna sərhədləri boyunca hərbi fəaliyyətinin elan edilmiş azaldılmasını həyata keçirəcəyini gözləyirik. Biz bu azalmanın sübutunu görməmişik”, - birgə müraciətdə deyilir.
Nazirlər böhranın diplomatiya yolu ilə həllinin vacibliyini qeyd edərək, Rusiyanı ABŞ-Rusiya Strateji Sabitlik Dialoqu, Rusiya-NATO Şurası və ATƏT çərçivəsində əməkdaşlıq təklifini qəbul etməyə çağırıblar.
Bəyanatı G7-yə daxil olan Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ-ın xarici işlər nazirləri və həmçinin Avropa İttifaqı Xarici İşlər Nazirliyinin nümayəndəsi imzalayıb.
Qərb kəşfiyyatı və digər mənbələr bir neçə aydır Rusiya ordusunun Ukrayna yaxınlığında toplanması ilə bağlı xəbərdarlıq edirlər. Qərb ölkələri hesab edirlər ki, Kreml qonşu dövlətə hücum planlaşdırır.
Moskva isə ittihamları rədd edir və öz ərazisində hərbi təlimlər keçirdiyini iddia edir.
Fevralın 15-də Rusiya Müdafiə Nazirliyi Qərb və Cənub hərbi dairələrinin bölmələrinin Ukrayna yaxınlığındakı təlimlərdən öz daimi bazalarına qayıtmağa başladığını elan edib. NATO ölkələri və Ukrayna Rusiya qoşunlarının çıxarılmasını hələ görmədiklərini deyirlər.
ABŞ prezidenti Co Bayden hesab edir ki, Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi “son dərəcə yüksək” olaraq qalır.