Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
10:55 | 21 fevral 2022 | Bazar ertəsi
Məqaləyə 695 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Olimpiada başa çatdı. Kreml Pekinin xahişini yerinə yetirdi, 3-20 fevral tarixlərində Ukraynaya hərbi müdaxilə etmədi. Kreml bundan sonra Ukrayna ilə bağlı “planını” reallaşdırmaqda sərbəstdir. Ancaq Rusiyanın rəqibləri kimi tərəfdaşları da müharibə istəmir. Misal üçün Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin nə qədər Rusiyanın yanında yer aldığını vurğulasa da, slavyan xalqları arasında qırğınla müşahidə olunan toqquşma istəmir. Eləcə də Rusiyadan fərqli olaraq iqtisadi səmərəyə və ticarətə üstünlük verən Çin müharibənin əleyhinədir. Ancaq nə Minsk, nə də Pekin Kremlin planlarına mane olmaq iqtidarındadırlar.
Bu arada, ABŞ və Fransa Kremlin müharibə planını pozmağa, ən pis halda isə ləngitməyə çalışırlar. Fransa prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyi və sabitliyi mövzusunda Rusiya ilə ABŞ arasında sammit keçirməyi təklif edib. ABŞ və Rusiya prezidentləri sammit təklifini qəbul ediblər. ABŞ prezidenti Co Bayden və rusiyalı həmkarı Vladimir Putin fevralın 24-də görüşəcəklər. Bu o deməkdir ki, fevralın 24-ə qədər müharibə ehtimalı azalacaq. Çünki Rusiya Ukraynaya bu tarixə qədər müdaxilə edərsə liderlərin görüşü təxirə salınacaq.
Görüşlə bağlı razılığa baxmayaraq, ABŞ və digər Qərb ölkələrinin kəşfiyyat xidmətləri əmindirlər ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə tam hazırdır. Bölgədə baş verən təxribatlar bunun üçün ciddi əsasdır. Donbass separatçıları atəşkəsi pozaraq ukraynalı hərbçiləri qətlə yetiriblər. Aydındır ki, Ukrayna ordusu cavab atəşi açmaq məcburiyyətindədir. Kremlin ikinci təxribatı Donbassın yaşlı əhalisini və uşaqları bölgədən Rusiyaya köçürməyə başlamasıdır. Görüntü yaradırlar ki, guya Ukrayna ordusu Donbassa hücuma hazırlaşır. Halbuki, Kiyev Kremlə bəhanə vermək istəmir. Donbassın özündə də müəmmalı partlayışlar baş verir. Krımdakı separatçılar əli silahlı Donbasda yerləşməyə başlayıblar. Rusiya Dövlət Duması Kremlin sifarişi əsasında Donbasa hərbi müdaxilə barədə qərar üzərində işləyir. Paris və Vaşinqton bu prosesi dayandıra biləcəklərmi? Çətin.
***
Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqun tinlərində keçirdiyi gənclik illəri haqqında xatirələrini bölüşərkən belə bir ifadə işlətmişdi: “Əgər məhəllədə davanın olacağı qaçılmaz idisə, birinci yumruğu mən vurmalıydım”. Bu sözləri indiki dövrə inikas etdirsək Putin yenə birinci yumruq vurmaq istəyir. Şübhə etmirəm ki, İkinci Dünya Müharibəsi illərində keçmiş SSRİ-nin başında Stalin deyil, Putin olsaydı, Hitler SSRİ-yə hücum etməyə macal tapmayacaq, SSRİ-nin Almaniyaya müdaxiləsi ilə üzləşəcəkdi.